"Zəngəzur dəhlizi Azərbaycana icarəyə verilsin..." - İrəvanın mövqeyi yumşalır?

"Zəngəzur dəhlizi Azərbaycana icarəyə verilsin..." - İrəvanın mövqeyi yumşalır?Saakaşvilinin Facebook səhifəsində yayılan bəyanatında Zəngəzur dəhlizinin üstünlükləri vurğulanmışdı: "Mən Azərbaycan və Ermənistan liderlərinə müraciət edirəm. Hazırda biz Cənubi Qafqazda potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik, xüsusən də Azərbaycanın Naxçıvandakı ərazisinə birbaşa qurudan çıxışını təmin edəcək dəhlizlə bağlı... Mən Azərbaycan və Ermənistan rəhbərliyini mümkün nümunə kimi Ukrayna və Moldova arasında mövcud sazişi nəzərdən keçirməyə təşviq etmək istərdim. İki ölkə bir-birinin sərhədlərini qarşılıqlı tanıyaraq müsbət qonşuluq münasibətlərini qoruyur. Ukraynanın Odessadan Odessa vilayətinin cənub hissəsinə çıxış tələb etdiyi bir durumda Moldova Dnestr bölgəsindən keçən yolu icarəyə götürməyə razılıq verdi. Keçmiş Odessanın qubernatoru kimi mən Ukraynanın Bessarabiyasına girmək lazım olanda tez-tez Ukrayna sərhədçilərinin nəzarəti altında bu icarəyə götürülmüş yoldan (onu təmir etmişəm) istifadə edirdim. Moldova bu sazişdən kommersiya baxımından faydalanır.

Azərbaycan və Ermənistan arasında vəziyyətin oxşar həllini tətbiq etmək hər iki ölkəyə faydalı olardı. Ermənistan kommersiya və maliyyə faydaları götürə, həmçinin mühüm tranzit yollarına çıxış əldə edə bilər. Bundan əlavə, Azərbaycan Rusiya qoşunlarının öz ərazində davamlı mövcudluğu zərurətindən qaça bilərdi ki, bu da nəticə etibarilə iki ölkə arasında dinc yanaşı mövcudluğa gətirirdi".

Saakaşvilinin təklifi reallaşa bilərmi? Zəngəzur dəhlizinin icarəyə götürülməsi və ya verilməsi mümkünmü? Tarixdə belə nümunə varmı?

Zəngəzur dəhlizi layihəsi artıq Azərbaycan üçün cəlbedici deyil" - Hikmət Hacıyev Yeni Sabah

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu günlərdə "Politiko" nəşrinə açıqlamasında deyib ki, Bakı və İrəvan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyi üçün bu layihə Azərbaycandan ötrü cəlbediciliyini itirib.

Ötən cümə axşamı isə Tiflisdə "İpək Yolu"nun IV beynəlxalq forumunun açılış mərasimində çıxış edən Nikol Paşinyan "Dünyanın kəsişməsi" layihəsi üçün hazırlanan regional nəqliyyat dəhlizləri ilə bağlı xəritə təqdim edib. Xəritədə Azərbaycanın ərazi bütövlüyünə tam riayət edilməsi xüsusi diqqət çəkib. Orada regionda kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizi ilə hərəkətliliyin mümkünlüyü, Şimal-Cənub yolunun fəaliyyəti, ölkələrin nəzarət məntəqələrinin yeri və s. kimi amillər qeyd olunub.

Belə çıxır, İrəvan artıq dəhliz məntiqi ilə razılaşır?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə böyük maraq var"

Azər Badamov: "Ermənistan Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana minnətçi olmalıdır"

Deputat Azər Badamov "Yeni Müsavat"a bildirdi ki, bugünkü dəyişkən dünya nizamında regionda əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün Zəngəzur dəhlizi prioritet layihəyə çevrilib: "Bu dəhlizin ortaya gəlməsinin müəllifi Prezident İlham Əliyevdir. Ölkə başçımız bir neçə il sonra baş verə biləcək hadisələri qabaqcadan görür və ölkəmizi bu çağırışlara vaxtından əvvəl hazırlayır. Məsələn, Cənub Qaz Dəhlizi və Bakı-Tiflis-Qars layihələrinə başlayanda dünya ictimaiyyəti bu məsələlərə o qədər də isti yanaşmırdı. Amma bu layihələrin icrasından sonra dünyada vəziyyət dəyişdi, yeni reallıqlar əmələ gəldi və ölkəmizin qabaqcadan icra etdiyi beynəlxalq layihələr dünya üçün əvəz olunmaz marşurtlara çevrildi.

Üç il əvvəl 10 noyabrda üçtərəfli Bəyanat imzalananda, bu sənədə salınmış Zəngəzur dəhlizi məsələsinə region ölkələri o qədər də əhəmiyyət vermirdi. Amma bu günün reallıqları Zəngəzur dəhlizinin açılmasını Azərbaycandan daha çox region üçün vacib layihəyə çevrildiyini zaman sübut etdi. Ona görə də, Asiyadan Avropaya qədər bir çox ölkələrin diqqəti Zəngəzur dəhlizin üzərində fokslaşmış və onlar dəhlizin açılmasını istəyir. Ermənistan həmişə olduğu kimi boynuna götürdüyü öhdəlikləri icra etməkdən yayınır və Zəngəzur dəhlizini yol məntiqi ilə əvəz etməyinə çalışır. Ermənistanın qeyri adekvat addımları Azərbaycana Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır və Araz çayının sol sahili ilə Zəngəzura paralel yeni yolun tikilib istifadəyə verilməsini daha maraqlı edir. Burda İran ərazisindən keçən yolun Azərbaycana niyə daha maraqlı olması ilə bağlı sual yaranır. İlk növbədə, qeyd etmək istəyirəm ki, Ermənistan yol anlamı ilə kommunikasiyaları açmaq istəyirsə, yolumuz İrandan açılır və Ermənistandan keçməyimizə ehtiyac qalmır.

Çünki Ermənistandan yol keçəcəyi təqdirdə yolda təhlükəsizliyin hansı səviyyədə təmin olunacağı ilə bağlı sual yaranır. Bu da yol hərəkətinə əlavə risklərin yaranması deməkdir. Tarix sübut edib ki, ermənilərə etibar etmək olmaz. Amma dəhliz statusu ilə bu yol açılsaydı, dəhlizin təhlükəsizliyi Rusiya Federal Xidməti tərəfindən təmin olunmalıydı və burda heç bir təhlükə baş verməyəcəkdi. Əgər yol statusu ilə kommunikasiya açılırsa, onda təxminən eyni uzunluqda İran ərazisindən keçmək Azərbaycana daha məqbul hesab olunur. Ermənistan isə yol statusu ilə kommunikasiyaların açılmasına çalışır və istəyir ki, Azərbaycanın Avropaya ixrac edəcəyi enerji marşurtları da tranzit olaraq Ermənistan ərazisindən keçsin. Çünki, bu Ermənistanın dövlət büdcəsinə gəlirlər gətirəcək. Hətta Ermənistanın naziri Tiflisdə keçirilən IV İpək Yolu Forumunda kommunikasiyaların açılacağı təqdirdə Azərbaycan qazını almağa hazır olduğunu da bildirib. Bu bir daha onu göstərir ki, İran ərazisindən yeni yolun çəkilməsi Ermənistanı narahat etməyə başlayıb. Ona görə ki, Ermənistan uzun illər regional lahiyələrdən kənarda qalıb və İrandan yolumuz açılacağı təqdirdə yenə də kənarda qalmaqda davam edəcəkdir. Dünya təcrübəsində yolun icarəyə verilməsi təcrübəsi də mövcuddur. Məsələn, Ukraynaya Odessa şəhərini Odessa vilayətinin digər əraziləri ilə hərəkətini təmin etmək üçün Moldovadan yolu icarəyə götürüb. Ukrayna bu yoldan çox rahat istifadə edir. Belə bir praktika Zəngəzurda da tətbiq oluna bilər. Bunun üçün ilk növbədə, Ermənistanla sülh müqaviləsi bağlanmalı və sonra hökumət belə bir layihənin nə qədər effektiv olacağı ilə bağlı hesablamalar aparandan sonra qərar verilməlidir".

Deputat Nikolun çıxışına da toxundu: "Tiflisdə IV İpək Yolu forumunda iştirak edən baş nazir Nikol Paşinyan "Ermənistan döngəsi" layihəsinin də əhəmiyyətindən danışdı. Düzdür, belə bir layihə reallaşarsa, Ermənistan İran körfəzindən Qara dənizə qədər yük daşımaların iştirakçısına çevrilə bilər. Amma burda "Ermənistan döngəsi" layihəsinin maliyyələşməsinin kim tərəfindən aparılacağı sual altında qalır. Yəni Ermənistanın düşündüyü layihə sərt dağlıq əraziləri əhatə etdiyindən böyük maliyyə tutumludur. Ermənistanın büdcəsinin imkanları böyük layihələrin icrası üçün heç yaxın perspektivdə də real görünmür. Ona görə də Paşinyanın təqdim etdiyi "Ermənistan döngəsi" layihəsi ancaq həyata keçməyən utopik arzudan başqa bir şey olmadı haqqında fikir yürütməyimizə heç bir çətinlik yaratmır. Azərbaycanın iştirak etdiyi regional əhəmiyyətli beynəlxalq layihələrin əsas maliyyə mənbəyi də ölkəmiz olub. Ona görə dediyimiz bütün proyektlər uğurla icra olunur. İqtisadi tənəzzül içində boğulan Ermənistanın regional layihələrin icrasında maliyyə yatırmaq gücündə olacağı heç uzaq gələcəkdə də mümkün olmayacaqdır. Ona görə də Ermənistan reallığı düzgün dəyərləndirərək Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana minnətçi olmalıdır. Məhz belə olan şəkildə Ermənistan da regional layihələrin iştirakçısına çevrilə bilər".

Əhəd Məmmədli: "Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar"

Əhəd Məmmədli: "Saakaşvilinin müraciəti Azərbaycanın maraqlarına, zənnimcə, cavab verir"

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə qeyd etdi ki, Saakaşvili yenidən böyük siyasətə qayıtmaq istəyir: "Onun əvvəlcədən Paşinyana bir çağırışı var idi. İndi də növbəti çağırışını Zəngəzur dəhlizi ilə bağlı hər iki liderə, yəni Paşinyan və Əliyevə edib. Saakaşvilinin müraciəti Azərbaycanın maraqlarına, zənnimcə, cavab verir. Ermənistan icarə məsələsində, məsələn, ən azı 50 illiyə razı olsa, biz də bu məsələyə qol qoya bilərik. Bu həm də regionda sülhün möhkəmlənməsinə gətirib çıxara bilər. Paşinyan daxili vəziyyəti nəzərə alaraq buna gedərmi, gedəcəkmi, bu artıq başqa mövzunun məsələsidir. Azərbaycana gəldikdə isə düşünürəm ki, Zəngəzur dəhlizindən ümumiyyətlə, bu regionla bağlı tarixi hədəflərimizdən imtina etməməliyik. Çünki tarixi baxımdan Zəngəzur dünənə qədər dədə-baba torpaqlarımız olub. Hikmət Hacıyevin açıqlamasına gəldikdə isə, İrandan keçəcək yol beynəlxalq nəqliyyat dəhlizinin, tarixi İpək yolunun bir hissəsi sayılacaq. Çindən Avropaya uzanan bir marşrutdan söhbət gedir. Amma yenə də hesab edirəm ki, bu məsələdə əsas preroqativimiz Zəngəzurdan keçən dəhliz olmalıdır!".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2722   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmiz

6 may
.

İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı

Baxış Abutalıb oğlu Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, o, B.Babayev Azərbaycan Respublikasının elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətin

14 may
.

Avropa parlamenti siyasi təzyiq alətinə çevrilir

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək Avropa Parlamentini sərt tənqid edib. Dövlətimizin başçısı bildirib ki, bu qurum Ermənistan Azərbaycan sülh prosesini dəstəkləmək əvəzinə onu sabotaj etməyə üstünlük verir. Prezident vurğulayı

5 may
.

Meloni Azərbaycana gəldi - Foto

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavin

4 may
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında"

5 may
.

"Azərbaycanda gələcək perspektivlər haqqında nikbin danışmalıyıq" - AÇIQLAMA

"İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də sosial-siyasi fəallığın artırılması bu gün hər bir müasir dövlətin dayanıqlı inkişafını müəyyən edən əsas meyarlardan biridir. Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil

12 may
.

Bakıdan Avropaya xəbərdarlıq

Avropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna - Avropa Parlamenti və Avropa Şuras

5 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Prezidentin köməkçisi: "Ermənistanla münasibətlərin qurulması sülhə can atdığımızı göstərir"

"Uzun illər sürən müharibədən sonra qonşu Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülh və sabitliyə nail olmağa can atdığını təsdiqləyir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasını

14 may