Manatın dövretmə sürəti AZALIR – Səbəb bahalaşmadır, YOXSA?
Mərkəzi Bankın oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,65 bənd təşkil edib.
Bu da sentyabrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,7%), yanvarın 1-nə nisbətən 0,37 bənd (9,2%), ötən ilin oktyabrın 1-nə nisbətən isə 1,07 bənd (22,7%) azdır.
Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,75, ilin əvvəlində 4,02, keçən il oktyabrın 1-nə 4,72 bənd təşkil edib.
Bəs bu azalmanın səbəbi nə ilə bağlıdır?
Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, manatın dövretmə sürətinin zəifləməsi, ölkədəki inflyasiya və bahalaşma tendensiyası ilə birbaşa əlaqədardır:
"Son illər ərzində inflyasiya tempi yüksək xarakter daşıyır. Mərkəzi Bank da buna görə sərt kredit siyasəti aparır. Bunun da əsas göstəricisi, uçot dərəcəsinin, yəni AMB tərəfindən mərkəzləşdirilmiş kredit resursları üzrə müəyyən edilən faiz dərəcəsinin yüksək xarakter daşımasıdır.
Hazırda uçot dərəcəsi 9 faiz təşkil edir.
Son aylara qədər AMB bunu hissə-hissə yuxarı qaldırmaq siyasəti aparırdı. Belə olan halda isə, nağd pul dövriyyəsinin sürətinin azalması qeydə alınıb".
Ekspertin sözlərinə görə, işgüzar aktivliyin yüksək olduğu bir şəraitdə iqtisadiyyatın real sektorunun tələb olunan səviyyədə kreditləşdirilməsi zamanı pulun dövretmə sürəti də artır:
"Bunun da nəticəsində inflyasiya prosesləri iqtisadi artımdan və inkişafdan asılı olaraq özünü büruzə verir.
Ancaq bizdə əksinədir.
AMB məcburi şəkildə inflyasiya proseslərini tənzimləmək üçün uçot dərəcəsini qaldırmalıdır ki, bunun da nəticəsində pul-kredit siyasəti sərtləşmiş olur. Manatın isə dövretmə sürəti istər-istəməz zəifləyir. Bu problemin nə zaman aradan qaldırılmasına gəlincə, əgər inflyasiya amilləri aradan götürülərsə və bahalaşma prosesi səngiyərsə, AMB da uçot dərəcəsini tədricən aşağı sala bilər ki, bu da pulun dövretmə sürətini artıracaq. Ancaq bunun nə vaxt baş verəcəyini indidən söyləmək çətindir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrADY: Astara Terminalında yük aşırılması 30 % artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur. Təkcə bu ilin avqust ayı üzrə müvafi
22 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrAzərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 637 milyon 106 min ABŞ dolları dəyərində 540 min 918,5 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 76,3 milyon ABŞ dolları (13,6 , həcm baxımından isə 1 433 ton (0,
22 sentyabrAzərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabr