Fransanın mədəniyyət nazirinin İrəvan səfəri: Paris nəyə hazırlaşır?

Fransanın mədəniyyət nazirinin İrəvan səfəri: Paris nəyə hazırlaşır?Fransanın mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfər etdi. Səfərin məqsədi daha aydın olsun deyə bildirək ki, fransalı nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib.

Bu o deməkdir ki, erməni lobbisi Rima Əbdül Mələki İrəvana yollayır və nazir məhz ona verilən məlumat və tezislər əsasında bəyanat səsləndirir.

Xanım Mələkin Qarabağla bağlı səsləndirdiyi bəyanatın ruhu da erməni lobbisinin çürümüş, pas atmış təbliğatının təkrarıdır.

Nazirin iddiasına əsasən, Qarabağ bölgəsində tarixi və mədəni abidələr təhlükə altına düşüb. Şübhəsiz ki, o, Qarabağdakı "erməni irsinin mövcudluğu"nu gündəmə gətirir.

Fransa Cənubi Qafqaz siyasətini bütün sahələr üzrə Azərbaycana qarşı hücuma keçməklə qurmaq istəklərini qətiyyən gizlətmir. İndi də mədəniyyət sahəsi üzrə təhrif edilmiş və erməni təbliğatının lüğəti ilə danışmaq Fransaya xoş gəlir.

Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın mədəni, tarixi irsinə qarşı görünməmiş vandallıqlar törədən Ermənistanı yada salmayıb Azərbaycanı hansısa olmayan hadisədə günahkar bilmək təəccüblü gəlmir. Heç o da çaşqınlıq yaratmamalıdır ki, Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktların UNESCO, AŞPA tərəfindən araşdırılmasını təşviq etmir.

Bunun olması da müşkül görünür, çünki UNESCO və AŞPA kimi qurumlar yalnız özlərinə lazım olanda hadisələri "görürlər", onu da tamamilə tərs bucaqdan.

Məsələnin bu tərəfləri ayrıca mövzudur, sual olunur ki, bəs Fransanın mədəniyyət naziri niyə Ermənistana ayaq basdı?

Diqqət ediləsidir ki, Fransa Ermənistanla müdafiə sahəsindəki əməkdaşlıq sazişinin fonunda mədəniyyət sahəsini özünün Azərbaycana qarşı total kampaniya siyasətinin mərkəzinə gətirir. Fransa regionda Ermənistanı silahlandırmaqla düşünür ki, qüvvələr balansına təsir göstərib nəticələrlə öz maraqlarını təmin edə bilər.
Fransanın mədəniyyət nazirinin İrəvana səfəri Fransanın Ermənistana hərtərəfli dəstək planı hazırladığını göstərir.

Ancaq Fransanın həm hərbi, həm siyasi, həm də mədəni sahədəki Ermənistana verdiyi dəstək proqramı perspektiv baxımından elə Parisin özünə sərfəli deyil. Çünki Paris bu qədər pul və enerji xərcləyir, kəşfiyyatını səfərbər edir, lakin bu, regionda Azərbaycanın hərbi-siyasi parametrlərlə yaratdığı reallıqların kölgəsində qalır.

Ancaq Fransanın regional siyasətindəki aktivlik dozasını radikal elementlər hesabına çoxaltması cəhdləri ilə əlaqədar siyasət diqqətlə izlənilməlidir.

Ona görə ki, Fransanın təxribatları regionda əlavə başağrıları yarada bilər, hərçənd ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ortaya çıxacaq problemin öhdəsindən gələ bilmək potensialındadır.

Bəs Fransa nə edə bilər?

Birinci növbədə, Fransa ambisiyalı gündəliyini şişirtməkdən ötrü ona müvəqqəti şərik tapmağa çalışa bilər. Burada Cənubi Qafqazda maraqlarının yüksək qiymət almasına çalışan Hindistanla koordinasiya qurulması mümkündür.

İkinci növbədə, Fransa Hindistanla mümkün sövdələşmə kanalına Azərbaycanla Türkiyəyə rəqib tərəfdə dayanan regional oyunçuları da qoşmağa cəhd göstərə bilər.

Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1144   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr