Samvelin arzusu, Sarqsyanın fırıldağı: Dava pul davasıdır - TƏHLİL

Samvelin arzusu, Sarqsyanın fırıldağı: Dava pul davasıdır - TƏHLİLHazırda Qarabağın separatçı rejimi ilə Ermənistan hökuməti arasında maliyyə resurslarının idarə edilməsi məsələsində ixtilaf yaranıb. Paşinyan həm bu resursu separatçı rejimə qapdırmaq istəmir, həm də etirazların mənbəyi kimi Şahramanyanın dəstəsini göstərir.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ötən həftənin cümə günü Qarabağ erməniləri İrəvan şəhərində süqut etmiş qondarma rejimin binası qarşısında etiraz şüarları səsləndirdikdən sonra binaya hücum ediblər. Diqqət çəkən məqam odur ki, ətrafa cəlb edilən polis qüvvələri Qarabağ ermənilərinə mane olmayıblar. Adətən, İrəvanda keçirilən etiraz aksiyalarında polislə aksiya iştirakçıları arasında ciddi qarşıdurma olur, amma bu dəfə polis sadəcə seyrçi qalmağı üstün tutub. Özünü hələ də separatçı rejimin lideri sayan Samvel Şahramanyan onlarla görüşərək suallarını cavablandırıb. Bununla belə, etirazlar səngiməyib və aksiya iştirakçıları Samvelin qardaşı Kareni döyməkdən, pencəyini cırmaqdan belə çəkinməyiblər.

Aksiyanı Samvel Babayan təşkil edib

Erməni KİV-in məlumatına görə, aksiyanın təşkilatçısı separatçı rejimin keçmiş "təhlükəsizlik şurasının katibi" Samvel Babayandır. O, bir qrup Qarabağ ermənisini Şahramanyana qarşı qızışdıraraq binaya göndərib. Bunun bir sıra səbəbləri var. Birincisi, Babayan uzun müddətdir Qarabağ ermənilərinin "lideri" olmaq niyyətindədir və dəfələrlə də bunu dilə gətirməkdən çəkinməyib. İkincisi, mövcud vəziyyətdə diasporun da tələbi və dəstəyi ilə "mühacirət dövləti" söhbəti dövriyyəyə buraxılıb və Samvel bu işi öz üzərinə götürmək niyyətindədir. Üçüncüsü, S.Babayan Ermənistanın baş naziri Nikol Paşinyana yaxın adamdır və onun diktəsi ilə hərəkət edir. Bu aksiya isə Paşinyanın maraqlarına uyğundur.
Nikol Paşinyanın diktəsi

Qarabağ ermənilərinin etiraz aksiyasının ilk dəqiqələrindən sifarişçinin baş nazir Nikol Paşinyan olduğunu sezmək mümkün idi. Polisin laqeyd münasibəti, aksiya iştirakçılarının baş nazir əleyhinə heç bir şüar səsləndirməməsi bundan xəbər verir. Əslində sosial problemlərdən sıxılan, polis tərəfindən cərimələnən, bir az bankda pulu olduğu üçün yardımdan məhrum edilən Qarabağ ermənisinin Paşinyanın əleyhinə yox, sırf separatçı rejim əleyhinə çıxışı bunu deməyə əsas verir.

Ermənistan hakimiyyətinə qarşı narazılıqların günü-gündən artması fonunda Qarabağ ermənilərinin də narazılığı Paşinyan üçün xoş sürpriz sayıla bilməz. Nikol gözəl anlayır ki, bir gün bu etirazlar İrəvanın mərkəzində hökumətə qarşı böyük mitinqlə nəticələnə bilər. Bu səbəbdən də bilərəkdən həm "günah keçisi" kimi separatçı rejimi göstərir, həm də Qarabağ erməniləri arasında parçalanmaya nail olur.
Samvel "piroq"dan pay umur

Samvelin isə arzusu Qarabağ ermənilərinə heç olmasa indiki vəziyyətdə "liderlik" etməkdir. Burada diqqət yetiriləsi məqam maliyyə resurslarıdır. Qarabağdan daşınan pul və qızıl ilə yanaşı, Ermənistana köçən ermənilərə ayrılan maliyyənin idarə edilməsi Samvelin iştahasını artırıb. Sirr deyil ki, bu tip məsələlərdə maliyyəyə kimin nəzarət edəcəyi əsas faktordur. Paşinyana bu işi öz adamına həvalə etmək daha sərfəlidir. Babayan da bu "piroq"dan öz payını almaq niyyətindədir. Elə bu səbəbdən də Qarabağ erməniləri etiraz aksiyası zamanı separatçı rejimin uzun illərdir talançılıq və korrupsiya ilə məşğul olduğunu, onun rəhbərlərinin özləri üçün böyük sərvət topladıqlarını dilə gətiriblər. Plana uyğun hərəkət edən aksiya iştirakçıları əslində Paşinyanın və Babayanın dəyirmanına su töküblər.

Sarqsyanın üzə çıxan fırıldağı

Qarabağ ermənilərinin aksiyasından sonra daha bir maraqlı məqam üzə çıxıb. Məlum olub ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da Qarabağ hesabına külli miqdarda pul qazanıb. Sirr deyil ki, Ermənistan uzun illər separatçı rejimi bəsləyib. Bununla yanaşı, Sarqsyan özünə yeyinti mənbəyi yaratmaq üçün Ermənistanda fəaliyyət göstərən bankları Qarabağdakı separatçı rejimin buraxdığı istiqrazları almağa məcbur edib. Ortada isə böyük məbləğ var və büdcə kəsiri ilə yanaşı, xarici dövlət borcu hər il artan Ermənistan üçün bu, böyük rəqəmdir. Belə ki, artıq Ermənistandakı banklar aldıqları istiqrazlar üçün hökumətdən kompensasiya tələb edirlər. Tələb edilən pul 800 milyon dollardır. Ermənistan hökumətinin nümayəndələri Mərkəzi Bankın sədri ilə gizli görüş də keçiriblər. İndi məsələ "yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal" misalına çevrilib. Baş nazirin müavini Mqer Qriqoryan kompensasiyanın ödənməsindən imtina edə bilmir. Hakim partiya isə buna kəskin etiraz edir. Əgər məbləğ ödənməsə, yeni etiraz dalğası başlayacaq. Ödənəcəyi halda isə separatçı rejimə dəstək durmaq məsələsi üzə çıxacaq. Hər iki halda Ermənistan hökuməti çıxılmaz dalana dirənib. Paşinyan isə bu məsələdən Serjə qarşı istifadə etmək, açılan cinayət işlərinə yenisini əlavə etdirmək niyyətindədir.

Dava pul davasıdır

Yuxarıda sadalananlardan da məlum olur ki, hazırda Qarabağın separatçı rejimi ilə Ermənistan hökuməti arasında maliyyə resurslarının idarə edilməsi məsələsində ixtilaf yaranıb. Paşinyan həm bu resursu separatçı rejimə qapdırmaq istəmir, həm də etirazların mənbəyi kimi Şahramanyanın dəstəsini göstərir. Şahramanyan isə maliyyə resurslarına nəzarəti itirməmək üçün "Qarabağ hökuməti fəaliyyət göstərir" tipli sərsəm açıqlamalar verir. Görünən odur ki, tərəflərin pul davası yaxın dövrdə yeni fazaya qədəm qoyacaq. Çünki Paşinyan bu resursu itirməmək üçün Şahramanyan və dəstəsinə qarşı cinayət işləri açdırmaq, həbsə göndərmək yolunu seçəcəyinə işarə edib. Artıq separatçı rejimin bir sıra üzvləri Ermənistanın təhlükəsizlik orqanları tərəfindən dindirilir...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1212   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr