Avropa İttifaqı Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirsin, Çin faktorunu nəzərə alsın - ŞƏRH

Avropa İttifaqı Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirsin, Çin faktorunu nəzərə alsın - ŞƏRHAvropa İttifaqındakı (Aİ) Fransa, Almaniya kimi dövlətlərin Azərbaycana qarşı mövqeyi heç nəyi dəyişmir. Avropada kim erməni havasına oynayırsa, özü ziyan çəkir. Çünki Azərbaycanın Aİ ilə əlaqələri inkişaf etməkdədir.

Əsas məsələ də budur ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur. Əksinə, Aİ Azərbaycandan asılı vəziyyətdədir. Bu gün Avropanın Azərbaycanın qazına ehtiyacı var.

Beləliklə, yaxşı başa düşülməlidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Yox, Fransa və Almaniya kimi ölkələr bunu başa düşüb yenə də öz dediklərində qalırlarsa, deməli, onlar özləri Aİ-nin maraqlarına xələl gətirirlər.

Aİ üçün Azərbaycanın daha bir önəmli əhəmiyyəti də var. Belə ki, Aİ Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qurur. Amma Avropadan Mərkəzi Asiyaya yol Azərbaycandan keçir.

Yaxşı olardı ki, İttifaqdakı bəzi dairələr, ilk növbədə Fransa, Azərbaycan ilə əlaqələrə böyük zərər vurmaqdan əl çəksin. Bəzi kiçik marionet ölkələr də bu yolda canfəşanlıq göstərməkdənsə, öz dərdlərinə yansınlar.

Bəli, Prezident İlham Əliyev Qranadaya və Brüsselə getmədi. Bu, Avropanın yanlış mövqeyinə qarşı məqsədyönlü bir addım idi. Buna görə məsuliyyət elə Aİ-dəki ermənipərəst dairələrin üzərinə düşür.

Bütün bunları göz önünə alaraq, yaxşı olar ki, Avropa özü üçün bir suala cavab versin:

Görəsən, Aİ Azərbaycanın tərəfdaşıdır, dostudur, yoxsa Azərbaycana qarşı Ermənistanı dəstəkləyir? Fransa Qafqaz regionunda düşmənçilik və neokolonializm siyasətini həyata keçirməyə çalışmaqla nəyi hədəfləyir? Aİ çoxdan Fransanı cəzalandıraydı gərək. Çünki Paris Aİ-nin regional maraqlarının tamına cavab vermir.

Hər halda, Aİ mövqeyini dəqiqləşdirsin. Dəqiqləşdirəndə onu da nəzərə alsın ki, Azərbaycan regionun aparıcı və önəmli dövlətidir. Qarabağ məsələsinin tam həllindən sonra Azərbaycan regionun lider dövləti kimi öz gücünü daha da yüksək səviyyəyə çıxarıb. Azərbaycanla hesablaşmadan Aİ-nin maraqları nə Cənubi Qafqaz regionunda, nə də Mərkəzi Asiyada təmin oluna bilər.
Aİ Cənubi Qafqazda fəal olmaq istəsə də, regional məsələlər "3+3" formatında müzakirə olunur. Bu günə qədər bu format tam fəaliyyətə başlamırdı. Çünki Azərbaycanla İran arasında gərginlik var idi. Amma İranla münasibətlər yoluna qoyulduqdan sonra Azərbaycan dərhal "3+3" formatını canlandırdı və regional məsələlər məhz bu şəkildə müzakirə olunacaq.

Bu gün Azərbaycan-Çin əlaqələri də dinamik inkişaf edir. Çin şirkətinin Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkında olan açılışda Prezident İlham Əliyevin iştirakı da diqqət çəkirdi. Bu heç də təsadüfi deyildi. Bu, əslində, Çinə olan diqqətin göstəricisi idi.

Çin Azərbaycana 81 milyon manat civarında investisiya qoyub, indiyədək hansı Aİ ölkəsi gəlib Azərbaycana belə sərmayə qoyub? Heç biri. Aİ ölkələrinin məqsədi ancaq Azərbaycanın təbii resurslarından pay almaq və burada Avropa şirkətlərinin gəlib podratçı rolunda iştirak etməsindən ibarətdir. Almanlar da, fransızlar da maraqlarına uyğun olanda öz iri şirkətlərini siyasi konyunkturaya uyğun istiqamətləndirirlər. Eynilə Şərqi Avropada etdikləri kimi. Amma Azərbaycanda bunu etmək istəmirlər, çünki Azərbaycanın inkişafı, sənaye və iqtisadi potensialının artırılması onların marağında deyil. Ona görə Azərbaycan üçün də onlarla tərəfdaşlıq maraqlı deyil.

Bildirmək lazımdır ki, bu gün Avropanın malik olduğu texnologiya daha ucuz və keyfiyyətli şəkildə Çində mövcuddur. Bu gün Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir. Bu xüsusda Prezidentin Çin Sədri Si Cinpin ilə Səmərqənddə görüşü, Si Cinpinin Prezident İlham Əliyevi Çinin "böyük dostu" adlandırması yada salınmalıdır. Cənab Prezidentin Si Cinpinə ünvanladığı təbrik məktubunu da yada salmaq olar. Si Cinpin də bu günlərdə Prezidentə həmin təbrikə görə təkrar məktub yazıb. Məktubda qeyd edilib ki, Azərbaycan-Çin münasibətləri bu gün tarixdə özünün ən yüksək səviyyəsindədir və bu əlaqələr daha da dərinləşəcək. Azərbaycan Çinlə birlikdə daha böyük layihələri həyata keçirəcək.

Eyni zamanda, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ("Masdar" şirkəti) və Səudiyyə Ərəbistanı ("Aqua Power" şirkəti) ilə böyük layihələri var. Bu tenderlərdə Avropa şirkətləri də iştirak ediblər, amma rəsmi Bakı öz qardaş ölkələrinə üstünlük verib.

Azərbaycanın öz daxili investisiya resursları və Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ kimi tərəfdaş ölkələri var. Buna görə Azərbaycanın nə ABŞ-yə, nə də Aİ-yə texnoloji və iqtisadi baxımından ehtiyacı var.

Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1305   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Finlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır

Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib

2 oktyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb

ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara

1 oktyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr