İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? - VİDEO
Səlahiyyət müddəti bitməkdə olan 11-ci çağırış İran parlamenti noyabrın 19-da ölkədə pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu qanun İbrahim Rəisi hökumətinin hazırladığı "Yeddinci inkişaf proqramı" çərçivəsində qəbul olunub. Belə görünür ki, parlamentin bu qərarı tezliklə Nəzarət Şurası tərəfindən də təsdiqlənəcək.
Bu barədə "Azad İran" "YouTube" kanalı məlumat yayıb.
Bildirilir ki, hazırda İranda "Sosial təminat haqqında" Qanunun 76-cı maddəsinə əsasən, pensiyaya çıxmaq üçün maksimum yaş həddi kişilər və qadınlar üçün müvafiq olaraq 60 və 55 yaş təşkil edir və vətəndaş ən azı 20 illik sığorta ödəmə tarixi ilə pensiyaya çıxa bilər.
Yeni qanuna görə, müxtəlif yaş səviyyələrində pensiya yaşı addım-addım və qeyri-bərabər dərəcələrlə artır. Ümumən pensiya yaşının iki il artırıldığı bildirilsə də, əslində, qeyd olunan yanaşma əsasında artım daha böyükdür. Belə ki, İran parlamentinin deputatı Möhsün Zəngənənin yeni pensiya hesablamalarını izah edərkən dediyinə görə, qulluğunun ilk ilində olan insanın pensiya yaşına təxminən 12 il əlavə olunacaq.
İranda vətəndaşlar təqaüd yaşının artırılması ilə bağlı xəbərləri həyəcanla izləyirlər. Ölkədə pensiya fondlarının əksəriyyətinin iflasa uğradığını nəzərə alan bir çox ekspertlər parlamentin bu qərarını tezliklə partlayacaq saatlı bomba kimi qiymətləndirirlər.
Hazırda pensiya fondlarının 300 trilyon tümən büdcə kəsiri var ki, bu da əsasən, hökumətin sosial təminat təşkilatına borcundan qaynaqlanır. Gələcəkdə dövlət borcunun artım tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. İndiyə qədər hökumət səhmlərin bölüşdürülməsi, zavod və fabriklərin fondların ixtiyarına verilməsi, hətta torpaqların fondlara bağışlanması və mərkəzi bankdan birbaşa və ya dolayı borc götürməklə pul inyeksiyası kimi tədbirlər görərək vəsait böhranını cilovlamağa çalışıb. Lakin bu cəhdlər nəinki uğursuzluğa düçar olub, üstəlik, dövriyyədə nağd pul kütləsinin artmasına və inflyasiyaya yol açıb.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1997 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
UKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra
2 oktyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrRusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu
2 oktyabrRusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi
1 oktyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabr