Makron: "Fransada qadınlar pis rəftardan, təzyiq və zorakılıqdan əziyyət çəkirlər"
Fransada qadınlar hər gün pis rəftardan, təzyiq və zorakılıqdan əziyyət çəkirlər.
Bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib.
O, qadınlara qarşı zorakılığın kökünü kəsəcəyini vəd edib. Makron bildirib ki, Fransa hakimiyyəti qadınlara qarşı zorakılığın kökünü kəsməyi öz vəzifəsi hesab edir.
"Biz buna son qoya bilərik, son qoymalıyıq və qoyacağıq", - dövlət başçısı Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə müraciətində deyib.
Makron etiraf edib ki, Fransa polisi 2022-ci ildə 244 min məişət zorakılığı hadisəsi qeydə alıb. Bu da beş il əvvəlkindən iki dəfə çoxdur.
Fransa lideri qadınlara kömək üçün görüləcək tədbirləri də sadalayıb. Onların arasında məişət zorakılığı törədənlərin siyahıya alınması, bu barədə məlumat bazasının yaradılması və çətin həyat vəziyyətində olan qurbanlara təzminatların ödənilməsi tədbirləri var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 726 Tarix: 26 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Səudiyyə Ərəbistanının ən strateji sənaye şəhərini vurdu
İran Səudiyyə Ərəbistanının ən strateji sənaye mərkəzlərindən biri sayılan Əl-Cübeyl şəhərinə raket zərbəsi endirib. türk mediasına istinadən xəbər verir ki, gecə saatlarında baş verən hücum nəticəsində şəhərdə genişmiqyaslı yanğınlar baş verib. Enerji və petrokimya sənayesinin işlək olduğu Əl-Cübeyld
7 aprelKİV: Çin nüvə silahı üçün gizli obyekt inşa edir
Çinin Sıçuan vilayətində yeni nəsil nüvə silahlarının hazırlanması üçün nəzərdə tutulan gizli obyektin tikildiyi iddia olunur. xəbər verir ki, bu barədə CNN jurnalist araşdırması nəticəsində yazıb. Araşdırma zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılmış sənədləri və 50-dən çox peyk görüntüs
5 aprelTramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"
"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb". TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. "Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur
5 aprelİran sabah Hörmüz boğazını aça bilər
İran Hörmüz boğazını məhdud rejimdə aprelin 9-u və yaxud 10-u aça bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı danışıqlarda iştirak edən iranlı məmura istinadən "Reuters" agentliyi yayıb. Boğazın açılmasının aprelin 10-da Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələr
8 aprelKİV: Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır
Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar. "Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib. Məlumat
5 aprel