"Təhminə"ni çəkəndə infarkt keçirdi, filminə əngəl oldular, son arzusu siqaret idi - VİDEO
Baku TV-də Xalq artisti, kinorejissor Rasim Ocaqova həsr olunan veriliş yayımlanıb.
Verilişdə kinoşünas Aydın Kazımzadə, operator Rəfail Qəmbərov, Xalq artisti Hacı İsmayılov və digər tanınmış şəxslər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüblər.
Kinoşünas Aydın Kazımzadə bildirib ki, R.Ocaqov operator sənətinə vurğun olsa da, daha sonra rejissor olmaq qərarına gəlib:
"Rasim rejissor olmaq istəyəndə, Adil İsgəndərov ona icazə vermədi. Dedi ki, get diplom gətir. Ona görə də R.Ocaqov İncəsənət Universitetini oxuyub. Diplomunu A.İsgəndərova təqdim edəndən sonra yarımçıq qalan "Qatır Məmməd" filmi ona həvalə edilib. Bu film R.Ocaqovun kinoda ilk işi olub".
Operator R.Qəmbərov "Ad günü" filminin quruluşçu operatoru ola bilmədiyi üçün məyus olduğunu deyib:
"Rasim bəy bu filmə məni dəvət edəndə Ağstafada başqa film çəkilişində idim. Ağstafadakı çəkilişlər uzandığı üçün "Ad günü" filmi mənə qismət olmadı".
Xalq artisti Hacı İsmayılov aktyorluq həyatının necə başladığından danışıb:
"O vaxtlar kinostudiyada filmləri səsləndirirdim. R.Ocaqov "Ad günü" filminə məni dəvət etdi. Ağlıma gəlməzdi ki, kimsə məni filmə dəvət edər. R.Ocaqov dünyasına daxil olmasaydım, həyatım, yaradıcılığım tamamilə başqa cür ola bilərdi".
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur aktrisa vəfat etdi - FOTO
Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey
31 iyul 2021Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR
Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır
27 avqust 2021"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT
Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas
18 avqust 2021Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov
Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş
29 iyun 2021"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı
"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki
27 iyul 2021Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO
Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar
19 iyun 2021Hər reklamdan 50 min qazanacaq
Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu
22 avqust 2021Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO
"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar
27 avqust 2021