Tahir İmanov: "Vaqif Mustafayev məni otağına çağırıb, yüksək tonla danışırdı"

Tahir İmanov: "Vaqif Mustafayev məni otağına çağırıb, yüksək tonla danışırdı""Niyə efirlərdə yoxuq? İstərdim ki, bu sualı ilk olaraq televiziya kanallarının rəhbərlərinə ünvanlayasınız. Əgər bu sualı mənə verirsinizsə, o zaman deyim ki, burada 3-4 variant cavab var. Səsləndirəcəyim cavabların arxasında müəyyən arqumentlər də var. Televiziya kanallarının rəhbərləri zənglərə cavab vermirlər. Azərbaycan Televiziyasının (AzTV)-nin rəhbəri Rövşən Məmmədov istisna olmaqla. Rövşən bəy zənglərimizə cavab versə də orada layihəmiz yoxdur.

Bir-iki layihə etməyi istədik, amma başa düşdüm ki, bunu etmək üçün televiziyanın gücü çatmadı. Söylədilər ki, kənardan sponsor tap.

İndi isə sponsor tapmaq çox çətin məsələdir. Cavablardan biri də kanallar bizimlə layihə etməyi istəmirlər. Daha bir cavab isə yəqin ki, yumorun etalonunun dəyişməsi ilə əlaqədardır. Yəqin ki, yüz faiz dəyişib. Bu səbəblərdən biz televiziyada yoxuq".

Bizim.Media xəbər verir ki, bu sözləri Şən Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində deyib.

Sənətçi kanallarda verilişlərinin olmamasının səbəbini televiziya rəhbərlərinin onlara göstərdiyi yad münasibətlə əlaqələndirib:

"İctimai" televiziyanın rəhbəri Balaş Qasımov zənglərimə cavab vermir. "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov və "Space" televiziyasının rəhbəri Vado Karovin (Hər ikisi keçmiş Şən Hazırcavablar Klubu (КVN) üzvləridir) kanalların rəhbər vəzifəsinə gələndə artıq efirlərində yumoristik verilişləri vardı. Onlar formatı dəyişmək istəmədilər. Yaxşı olar ki, onlar özləri bu suallara cavab versinlər. Bizim xislətimizdə yalvarmaq, gündə 10 dəfə zəng vurmaq və ya zəli kimi kimdənsə yapışmaq yoxdur, olmayıb da...

Nə məndə, nə qardaşım Cabir İmanovda, nə dəki nəslimizdə... Əgər dərinə getsək, cavab belə olacaq. Bir dəfə deyib, layihə etməyi təklif edirsən... Yəni kim istəsəydi dəvət edərdi. Təbii ki, mənim həm Murad, həm də Vado ilə normal ünsiyyətim var. Hətta bizim konsertlərimiz də o kanallarda artıq yayımlanmır. Problem isə ondadır ki, artıq bizim yaşımız da gedir. Bu işlə də özümü dolandırmıram. Atam hər zaman deyib ki, işin haqda heç kimə heç zaman heç nə danışma. Bəlkə nə zamanda vaxt gələr bu haqda danışaram".

T.İmanov keçmiş "Space " televiziyasının rəhbəri Vaqif Mustafayevin dəfələrlə ona təzyiq etdiyini vurğulayıb.

"İndi çox rahatam. Çünki hər verilişdən sonra ümumi təzyiqləri götürsək, onlar içində zənglər, dəvətlər var idi... Hər dəfə "Space" televiziyasının keçmiş rəhbəri Vaqif Mustafayev bizi öz otağına dəvət edib, yüksək tonla mənimlə danışırdı. Mən də belə şeyləri sevmirəm. Ona dəfələrdə deyirdim ki, mənimlə belə səs tonu ilə danışmayın, çünki mən sizin işçiniz deyiləm və sayra... O məndən soruşurdu ki, bu zarafat niyə oldu? Bu sözü niyə belə söylədiniz? Bu fikri səsləndirəndə nəyi nəzərdə tuturdunuz? Təsəvvür edin ki, mən Vaqif Mustafayevə zarafatın mahiyyətini izah edirdim.

O, elə adamdır ki, onun öz əsərləri dəfələrdə qadağan olunub. Yəni özü bu kimi hallarla rastlaşan insan bizi o qadağa prosesinin əvvəlində və mənbəyində durmuşdu. O öz əsərlərindəki yumoru kiməsə izah edə bilər, amma mən heç zaman izah etmirəm. Niyə mən 1990-ci illərdə izah etməmişəm, indi etməliyəm ki? Bəs mənə deməzlər ki, nə oldu Tahir kimdənsə qorxdu? Kimdən qorxdunuz? Niyə o zamanlar izah etmirdiniz amma indi edirsiniz?
Düşünmürəm ki, indi prinsipləri dəyişmək vaxtıdır. Burada sadəcə başqa məqsəd durur. İstəyirlər biz hazırıq, istəmirlərsə öpürəm, Allah can sağlığı versin və işlərində uğurlar".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 11451   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021