Avtomobildən 38 min manatlıq qızıl-zinət əşyaları oğurlayanlar saxlanılıblar - VİDEO
Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərin şüşələrini qıraraq maqnitofon, həmçinin digər qiymətli əşyalar oğurlayan Əli Səfərov və Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2 500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlayan, əvvəllər məhkum olunmuş Əhməd Cəfərov saxlanılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən, həmçinin, son bir neçə gündə əhali ilə aparılan profilaktik söhbətlər nəticəsində Suraxanı rayon sakinlərində saxlanılan beş ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri polisə təhvil verilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 987 Tarix: 09 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini
25 avqust 2021Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü
Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı
1 sentyabr 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo
21 avqust 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021