143 milyonluq cinayət işi üzrə məhkəmədə general polkovnikə: "Yanımda əfi ilan saxlayırmışam"

143 milyonluq cinayət işi üzrə məhkəmədə general polkovnikə: "Yanımda əfi ilan saxlayırmışam"Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən ötən məhkəmədə ifadə verən Maliyyə və Büdcə İdarəsinin Nəzarət və Təftiş Şöbəsinin müdiri vəzifəsində işləmiş polkovnik Rafael Xələfovun ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələri elan edilib.

Xatırladaq ki, Rafael Xələfov da bu iş üzrə təqsirləndirilən şəxsdir. Lakin istintaqın gedişatı zamanı onun cinayət işi bu iş icraatından ayrılıb, hazırda onunla bağlı cinayət işinin istintaqı davam edir.

Rafael Xələfov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2019-cu ildə 2-ci Ordu Korpusunda Maliyyə İdarəsinin müfəttişləri - Həsən Paşayev və Süleyman Abbasov, Nəzarət və Təftiş Şöbəsinin əməkdaşı Namiq Poladov ilə yoxlamalar aparıblar. Yoxlama aparan şəxslər hərbi hissələrdə əlavə vəsaitlərin olmasını müəyyən ediblər. Bu zaman əlavə vəsaitlər korpusdan alınaraq ona verilib.

İstintaqda verdiyi ifadələr zamanı Rəfael Xələfov qeyd edib ki, hərbi hissələrdən gətirilən pullar onun özü tərəfindən Nizami Məmmədova çatdırılıb.

Rafael Xələfov qeyd edib ki, Nizami Məmmədovun hərbi hissələrdə mənimsəmə faktlarından xəbəri olub. Şahidin sözlərinə görə, hərbi hissələrdən birində aparılan yoxlamalar zamanı əldə olunan vəsaitdən Həsən Paşayev 40 min, Süleyman Abbasov isə 60 min manat vəsaiti ona verib, o da həmin pulları Nizami Məmmədova çatdırıb. Rafael Xələfov ifadəsində, həmçinin, ona 40 min manatın çatmasını da təsdiqləyib.

Məhkəmədə çıxış edən Rafael Xələfov elan olunan istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. Amma o, ilkin izahatını təsdiq etməyib.

Bildirib ki, istintaq zamanı ilkin ifadə verən zaman həyəcanlı olub, dəqiq məlumatlar verməyib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə qeyd edib ki, Rafael Xələfovun ilkin ifadələrində dediyi rəqəmlər müvəkkili Nizami Məmmədovun istintaqda və məhkəmə dövründə verdiyi rəqəmlərlə düz gəlir.

General Məmmədovun vəkilləri Rəşad Mirmehdizadə və Faiq Hüseynov ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün Xələfova bir neçə sual veriblər. Lakin vəkilləri maraqlandıran əsas suallar cavabsız qalıb.

Rəşad Mirmehdizadə ən birinci ondan nəyə görə məhz istintaqdakı sonuncu ifadəsini təsdiq etdiyini soruşub:

"Bu sualı ona görə verirəm ki, sizin ilk ifadənizdə dediklərinizlə Nizami Məmmədovun dedikləri eynidir. Amma sonradan fərqli danışmısınız".

Xələfov bunu ilk dəfə ifadə verərkən həbs edildiyinə görə həyəcanlı olduğu, nə danışdığını bilməməsi ilə əlaqələndirib.

Vəkil: "Necə həyəcanlı olmusunuz ki, dediyiniz bütün rəqəmlər Nizami Məmmədov deyənlərlə eyni olub? Bu rəqəmləri siz demisiniz. Müstəntiq özündən rəqəm yazıb?" - deyə soruşub.

Rafael Xələfov suallara cavab verməkdən imtina edib.

Müdafiəçi çarpaz şəkildə eyni sualla müvəkkilinə də müraciət edib.

N.Məmmədov keçmiş işçisinin dediklərinə etiraz edib. Onun birinci ifadəsinin düzgün olduğunu bildirib:

"Ən birinci dindirmədə mənə nə məruzə edibsə, onu da deyib. Sonradan ifadədə adlarını çəkdiyi digər insanlar bunun üzünə dayandığına görə hər şeyi mənim üstümə atıb. Ondan fərqli olaraq mən ilk gündən nə demişəmsə, hələ də üstündə durmuşam".

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran şahid deyib ki, yoxlama və təftiş zamanı yığılan pulların 50 faizi Nizami Məmmədova çatıb, yerdə qalan pullar isə digər şəxslər arasında bölünüb.

Suallara cavab verən şahid deyib ki, 2-ci Ordu Korpusunda aparılan yoxlama zamanı 2 milyon 500 min manat yeyinti aşkar edilib. O deyib ki, təqsirləndirilən Bayram Bayramov Nizami Məmmədovun ən yaxın adamı olub.

İzahat verən Bayram Bayramov bildirib ki, onun Nizami Məmmədovla şəxsi münasibəti olmayıb, yalnız xidmətdə tabeçilik əlaqələri olub:
"2020-ci ildə yoxlamalar zamanı 950 min manatı Həsən Paşayevə vermişəm. Həsən Paşayev də həmin pulu Rafael Xələfova çatdırıb. İndi həmin vəsaitin 700 min manatı etiraf olunur. Qalan pulun kimə çatdığı bilinmir".

Daha sonra çıxış edən Nizami Məmmədov deyib ki, yoxlama aparan və yoxlaması aparılan şəxsləri heç vaxt xidməti otağına çağırmayıb və onlarla söhbət aparmayıb:

"Bu işlərlə Rafael Xələfov məşğul olub. Mən də ona inanmışam. Buna görə də başqa şəxslərlə söhbət aparmamışam. Bunu etsəydim, düzgün olmazdı. Bu, nəzarətə nəzarət olardı. Mən Rafael Xələfova bu işlərdə inanmışam, ona hər şeyi etibar etmişəm. Nə biləydim ki, yanımda əfi ilan saxlayırmışam. Rafael Xələfov istintaq zamanı xarakterini, məhkəmədə isə tərbiyəsini göstərdi".

Bu zaman generalla polkovnik arasında qısa mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra isə digər təqsirləndirilən Vüsal Əlizadə deyib ki, müxtəlif məbləğlərdə Rafael Xələfova pullar verib. Lakin bəzi məbləğləri istintaq zamanı deməyib.

Hakim isə bu məsələnin ittihamın çərçivəsindən kənar olduğunu deyib. Bildirib ki, məhkəmədə yalnız verilən ittiham çərçivəsində işə baxılır.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edib. O bildirib ki, Rafael Xələfovun bir çox şahidlərlə əlaqəsi olub. Vəkil Rafael Xələfovun bütün məhkəmə iclaslarında iştirak etməsini, şahidlər ifadə verən zaman çarpaz dindirilmənin aparılmasını istəyib:

"Çünki burada bütün pullar Rəfael Xələfova verilib. Bir çox epizod üzrə görülür ki, Rafael aşağıları da, yuxarıları da aldadıb. Aşağılardan çox alıb, yuxarılara az verib".

Bu məsələ ilə digər təqsirləndirilən şəxslərin vəkilləri də, həmçinin, təqsirləndirilən şəxslərin özləri də razı olublar.

Vəsatətlə dövlət ittihamçısı da razılaşdığını deyib. Bildirib ki, şahidlər ifadə verən zaman Rafael Xələfovun prosesdə iştirak etməsi işin obyektiv araşdırılmasına kömək olar.

Amma müşavirə keçirən hakim heyəti Rafael Xələfovun hər bir iclasda iştirak etməsinin vacib olmadığını deyib. Bildirilib ki, Rafael Xələfova suallar yaranarsa, o zaman onun məhkəməyə çağırılması müzakirə oluna bilər.

Daha sonra şahid qismində Emin Poladov ifadə verib. Ehtiyatda olan polkovnik rütbəsində olduğunu deyən Emin Poladov bildirib ki, 1-ci Ordu Komandanlığında Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. O bildirib ki, hərbi hissələrə ayrılan pullar xüsusi tapşırıqlar əsasında geri qaytarılıb.

Daha sonra Rafael Xələfovla Emin Poladov arasında olan üzləşmə protokolu elan edilib. Üzləşmə zamanı Emin Poladov üç dəfəyə Rafael Xələfovun tapşırığı ilə Rövşən Əliyevə 550 min manat verdiyini bildirib. Daha sonra 2020-ci ildə Teymur Teymurova yoxlamaların sonunda 568 min manat verdiyini deyib.

Prosesdə şahid qismində hərbi hissələrdə maliyyə xidmətinin rəisi işləmiş Qabil Kərimov ifadə verib.

O da ifadəsində yoxlamalar zamanı pulları Rafael Xələlova verdiyini deyib.

Növbəti iclas dekabrın 15-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2026   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021