Arvadını baltalayaraq öldürən 70 yaşlı kişi: "Aramızda ədavət olan qohumlarla deyib-gülürdü"
Ağcabədidə 1955-ci il təvəllüdlü arvadı Dəstəgül Mehdiyevanı balta ilə öldürən 70 yaşlı Əliyar Mehdiyevin məhkəmə prosesi başa çatıb.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ə.Mehdiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 14 il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarın 15-də baş verib.
Məhkəmədə ifadə verən Əliyar Mehdiyev hadisənin arvadı tərəfindən təhqir olunması nəticəsində baş verdiyini bildirib.
Məlum olub ki, o, hadisədən bir neçə gün əvvəl Dəstəgül Mehdiyeva ilə Bərdədə keçirilən toy məclisində iştirak edib:
"Dəstəgül bəyənmədiyim, aramızda ədavət olan qohumlarla mənim ziddimə olaraq səmimi münasibət qurub deyib-gülürdü. Buna görə aramızda bir neçə dəfə mübahisə olub. Növbəti mübahisələrin birində məni təhqir etdi. Necə olduğunu bilmədim, bir anda əsəbiləşib mətbəxdə olan baltanı Dəstəgül tərəfə atdım, üzünə dəydi. Sonra kəsici tərəfi ilə onun başının arxasından zərbələr endirdim. Hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələrimdən başqa heç kim olmayıb. Bundan sonra maşına əyləşərək yola düşdüm. Məqsədim özümü öldürümək idi. Maşını kanaldan aşağı sürmək istəsəm də, bunu bacarmadım. Qan təzyiqinə görə istifadə etdiyim həblərdən bir neçəsini qəbul edib maşının içində ölümümü gözlədim. Qohumlar dayanmadan zəng edirdi. Onlara intihara cəhd etdiyimi deyərək gəlib məni götürmələri üçün olduğum yeri söylədim".
Məhkəmədə ifadə verən Əliyar Mehdiyevin övladları atalarından şikayətçi olmadıqlarını, onunla barışdıqlarını bildiriblər. Övladları qeyd ediblər ki, anası Dəstəgül Mehdiyeva həmişə qardaşlarını ərindən üstünü tutub.
Qeyd edək ki, Dəstəgül Mehdiyeva ilə Əliyar Mehdiyevin 16 nəvəsi, beş nəticəsi var.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1098 Tarix: 20 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrÖldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
27 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrAmansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
8 oktyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabr