"Sənin ananı tanıyıram" deyən şəxsi öldürdü - VİDEO

"Sənin ananı tanıyıram" deyən şəxsi öldürdü - VİDEONamazı tərk edib içki içən bərbər anasına görə adam öldürüb.

Belə ki, hadisədən bir həftə əvvəl Süleyman (Adlar şərtidir) köhnə qonşusu Fəxri ilə çayxanada görüşür.

Söhbət əsnasında Fəxri Süleymanın anası Nərgiz müəllimənin də səhhəti ilə maraqlanır, ona hər şeyin yaxşı olacağını deyir.

Bu vaxt çayxanaya orta yaşlarda və ailəli olan Vüqar adlı şəxs daxil olur. O, Fəxri və Süleymanın oturduğu masaya yaxınlaşır.

Fəxri Süleymanla Vüqarı tanış edir və Vüqara Süleymanın Nərgiz müəllimənin oğlu olduğunu deyir. Vüqar isə Süleymana qəribə tərzdə "Mən sənin ananı yaxşı tanıyıram" deyir və oradan uzaqlaşır.

Süleyman yaşadığı mənzilə doğru addımlayarkən yolboyu Vüqarın dediyini fikirləşir, onun işlətdiyi cümləni anasına edilən təhqir olaraq anlayır.

Süleyman Yeni il gecəsi içki düşkünü olduğu zamanlarda gəldiyi məkana gəlir. Məkanın sahibi Leyla ilə Süleyman spirtli içki içərək söhbət edir, köhnə günlərdən danışırlar.

Bu vaxt içəri Vüqar daxil olur və Süleymanla salamlaşmadan masaların birində əyləşir. Vüqarın kafeyə gəlişi Süleymanı əsəbləşdirir. Vüqar dostu ilə oturub içki içir.

Musiqinin sədası ilə Vüqar ayağa qalxır, rəqs edərmişcəsinə əllərini havaya qaldırır. Bu vaxt onun yanındakı masanın arxasında əyləşən Süleymana "Qalx ayağa gəl oyanayaq" deyir. Süleyman hirsini boğaraq ayağa qalxır və "Məni tanıdın? Mənim anam Nərgiz müəllimə barədə nə demək istəyirdin?" sualını verir.

Öz əyləncəli ab-havasında olan Vüqar isə Süleymanın anasını söyüşlə təhqir edir və aşağılayıcı bir tərzdə onu itələyir. Süleyman kafedən bıçaq götürürüb Vüqara tərəf gəlir. Bu zaman Vüqar Süleymanın üzərinə hücum çəkir.

Aralarında yaranan mübahisədən sonra Süleyman bıçaqla Vüqara ard-arda zərbə yetirərək onu qətlə yetirir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2152   Tarix: 05 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Bakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd

7 oktyabr
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

27 oktyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

26 oktyabr
.

Amansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl

8 oktyabr
.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

4 noyabr
.

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək

15 oktyabr