SEPAH Azərbaycanda bacarmadığını, Pakistanda etdi - Hücumun şifrələri

SEPAH Azərbaycanda bacarmadığını, Pakistanda etdi - Hücumun şifrələriİran və Pakistan qarşılıqlı zərbələrdən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi: tərəflərin heç biri bunda maraqlı deyil, hücum və cavab zərbəsinin "terrorçuları zərərsizləşdirmək" adı altında edilməsi də bunu göstərir, eyni zamanda hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir;

Lakin "İran-Pakistan qarşıdurması niyə yaşandı" sualı açıq olaraq qalır.

Pakistanın İran ərazisinə zərbə endirməsi adekvat cavab baxımından anlaşılandır, İranın hücumu isə birmənalı deyil. Və bunun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğu bəllidir.

Daxili hədəf: SEPAH post-Xameneyi dövrünə hazırlaşır;

İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var, mövcud iqtidarın əsas missiyası da budur. Post-Xameneyi dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında (Baqerinin rəhbərlik etdiyi qruplar) ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir. SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün "xarici təhlükə" ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır. Əvəzində SEPAH-ın diqqəti Bəlucistana yönəldəcəyi mümkün ssenarilərdəndir.

- birincisi, bu bölgənin İranın parçalanması ssenarisində potensial təhlükə olması ciddidir;
- ikincisi, Pakistan ərazisində "Ceyş ül-Ədl"ə zərbə endirən İran Sistan-Bəlucistan bölgəsindəki bəluclar üzərində də təzyiq atmosferini gücləndirir;

Bu hücumlar SEPAH-a daxili ictimai rəydə (burada İran ictimaiyyətindən daha çox, İran elitası nəzərdə tutulur) "ölkəni müdafiə edən qüvvə" imicini gücləndirmək üçün lazımdır. Çünki "keşikçilər korpusunun" elita daxilində "qalxan imici" ciddi şəkildə zədələnib:

- Məhsa Əmini etirazlarının qarşısını ala bilmədilər və ciddi şəkildə "qan itirdilər";
- Qasım Süleymaninin öldürülməsindən indiyə qədər ciddi "qisas" əməliyyatı keçirə bilməyiblər: Kirmanda yenə Süleymaninin anım mərasimində baş verən partlayışlardan sonra da (ki, bu partlayışın məhz SEPAH-ın İraq, Suriya və Pakistana zərbə endirməsinə əsas yaratmaq məqsədi daşıdığı istisna edilməməlidir) "dişsiz" siyasət yürütdülər;
- İsrailin Qəzzaya genişmiqyaslı hücumu qarşısında faktiki səssiz qaldılar;

SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, "yığılıb qalan qisası" aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas "qoruyucuları" olduqlarını nümayiş etdirirlər.

Regional hədəf: İsrail-Həmas müharibəsi, ardınca Yaxın Şərqdə eskalasiya riskinin aktualaşdığı vaxt İran "əzələ nümayişi" sərgiləyir, xüsusilə İraq və Suriyada ABŞ və İsrail hədəflərinə hücuma etməklə buna cəhd göstərir. Bu, həm Kirmandakı partlayışın "qisası"na, həm daxili və "müqavimət oxu" adlandırdığı və proksi qüvvələrinin yayıldığı coğrafiyanın ictimai rəyini "yemləməyə" hesablanıb - hərçənd, Tehranın zərbə endirməmişdən öncə Vaşinqtonu məlumatlandırması təcrübəsi bu dəfə də eyni addımın atıldığı versiyasını gücləndirir -, həm də ABŞ-İsrail cəbhəsinə qarşı mübarizə apardıqlarını sərgiləyirlər.

Lakin bütün bunlar – SEPAH və onun daxili-regional hədəfləri, Qəzza müharibəsinin bölgədə yaratdığı vəziyyət və s. – Pakistana niyə hücum edildiyi sualına tam cavab vermir.

İstisna deyil ki, İranın Pakistana hücumu onun əsas rəqibi Hindistanla əlaqələndirilmiş ssenaridir və daha çox "yoxlama" məqsədi daşıya bilər. Və bu "yoxlama hücumu"nun nəqliyyat dəhlizləri uğrunda mübarizədən qaynaqlandığını demək mümkündür.

- Çin-Pakistan İqtisadi Dəhlizində (CPEK) Bəlucistanda yerləşən Qvadar limanı önəmli nöqtələrdəndir;
- İran bu bölgədəki nəqliyyat dəhlizlərində Qvadar limanının yox, Çabahar limanının seçilməsinə çalışır;
- Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin aktuallaşmasındakı səbələrdən biri də limanlar uğrunda mübarizə idi;

Və əsas diqqətçəkən məqamlardan biri SEPAH-ın Pakistana hücumundan bir neçə gün öncə Hindistan və Ermənistanın İrandan keçərək, Ermənistana və oradan Avropaya çıxan ticarət yolunun bu ilin may ayına kimi açılmasına dair razılaşmanın əldə edilməsidir. Bu kontekstdə İranın Pakistana hücumu bölgənin eskalasiyaya sürüklənməsi və layihələrin arxa plana keçməsi ssenarisinin "yoxlanılması", bunun mümkün olub-olmadığının sınaqdan keçirilməsi ola bilərdi. İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər.

Mənbə: publika.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 878   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr