O ağır günün xatirələri – General Lebed Yaşar həkimin evində nə axtarmışdı...

O ağır günün xatirələri – General Lebed Yaşar həkimin evində nə axtarmışdı...Bu gün çox ağır gündür. Düz 34 ildir ki, bu günün möhnəti o qra günün şahidlərinin beynini tərk etmir.

20 Yanvar şəhidlərinin güllə yarası aldığı günün şahidləri də elə bir travma alıblar ki, min il keçsə də unudan deyillər. Hamımız yanıqlı kamança və qoboq səsi, "Zəminxarə" dinləməz olmuşuq.

Ancaq həmin gün heç də hamı nə fiziki, nə psixoloji travma almamışdı.

Özünü yalandan kədərli göstərənlər vardı, ürəklərində "əcəb oldu, Moskvaya qarşı çıxanda bilməliydilər ki, Kreml bunları qıracaq" deyə düşünürdülər.

Şəhidlərin faciəsini ürəyinə salmayanlar vardı, özlərini heç vaxt üzünü görmədikləri, sevmədikləri qohumlarının qara xəbərini almış kimi aparırdılar.

Hüznə qərq olanlar vardı, elə haldaydılar, sanki dünyanın axırıdır, bundan sonra işıqlı, sevincli gün olmayacaq.

Xalq gerçəkdən də sarsılmışdı. Hər kənddə, qəsəbədə, küçədə, yol qırağında hündür lövhələrdə, uca divarlarda yazılmış "SSRİ sülhün dayağıdır" şüarı bir andaca puç olmuşdu. Sülh hara, qırğın törətmək hara?

Almaniyalı körpəni sinəsinə sıxıb güllədən qoruyan naməlum əsgər heykəlinin saxtalığı üzə çıxmışdı – Bakı küçələrində həmin naməlum əsgərlər Larisa adlı qızı da öldürmüşdülər. O qatillər hələ də naməlumdurlar.

SSRİ-nin iç üzü görünmüşdü – 70 illik ömründə istər Leninin, istər Stalinin, istər Xruşovun, istər Brejnevin vaxtında dinc əhalini gülləboran edib öldürən dövlət Almatı (1986) və Tiflisdən (1989) sonra eyni şeyi Bakıda da etmişdi.

"Qardaş müttəfiq respublikalar" nağılı sona çatmış, göydən alma əvəzinə 7,62 mm-lik güllələr tökülmüşdü, "böyük qatdaş" növbəti dəfə "kiçik qardaş"lardan daha birini güllələmişdi.

Bu dəfə günah öləndə deyildi. Onlar əzəldən, ta Leninin vaxtından lənətlənmiş və sonradan xaraba qalmış bu mənfur dövləti dağıtmaq istəmirdilər, sadəcə, haqq-ədalət istəyirdilər.

20 Yanvar şəhidləri və şahidləri istəyirdilər ki, üzərində yaşadıqları Azərbaycan bir az da kiçilməsin. Onsuz da bu ölkənin dərə-dərə, düzən-düzən, kənd-kənd kiçildiyi bəlli idi, bu dəfə dava mahal davası olduğuna görə insanlar daha hiddətliydi.

Ancaq bu hiddət heç də hakim kommunist partiyasına, sovet dövlətinə ünvanlanmamışdı, insanlar sovet dövlətinin ədalətsiz mövqe tutan rəhbərlərinə, əsasən də ölkə başçısı Mixail Qorbaçova və onun arvadı Raisaya qarşıydılar.

Kremldəkilər isə hövllənmiş, sovet quruluşunun sarsıldığı qənaətinə gəlmiş, öz aləmlərində vintləri bərkitmək yolu seçmişdilər.

Halbuki sovet dövlətinin işlək mexanizminin altında qurulmuş bombanın detanatoru İrəvandaydı. SSRİ-ni öz pis örnəkləri ilə ermənilər dağıdırdı, ancaq Kremldəki qoca kütbeyinlərin xəbəri yox idi.

Onlar bunu 1 il 8 aydan sonra, 1991-ci ilin avqustunda anladılar, amma gec oldu. İdarəetmə qabiliyyətini itirmiş korazehin adamlar özünü rüsvay etmiş dövləti qoruyub saxlaya bilmədilər.

Ancaq bunlar sonra oldu və sırf 20 Yanvara görə xalqımızın ürəyindən tikan çıxdı. Zatən, o qanlı faciədən sonra SSRİ-nin çox yaşamayacağını deyənlər çox idi.

20 Yanvar günü və ondan sonrakı günlərdə xalqımızın minlərlə duyarlı, vətənpərvər oğlunun qəzəbi sonsuz idi. Əgər həmin günlərdə o gəncləri təşkil edən, onlara silah paylayan olsaydı, ölkə gerçəkdən Əfqanıstana dönərdi.

Fəqət bunu edən olmadı və sonrakı illərdən baxdığımızda ən optimal qərarın silahlı müqavimətə başlamamaq olduğunu gördük (əslində əldə uyğun arsenal da yox idi, sadəcə, hiddətlənmiş və qisas arzusu ilə alışıb-yanan gənclər vardı).

Biz millət olaraq istədiyimizə 2 ildən sonra nail olduq – müstəqil Azərbaycan dövlətini bərpa etdik. Bir çox başqa respublikalar, necə deyərlər, hazıra nazir oldular.

Ona görə də bəzən istiqlalçıların xidmətini aşağılamaq istəyənlər "nə mübarizə, SSRİ dağıldı, biz də müstəqil olduq" deyəndə razılaşmaq olmur.

SSRİ durduq yerdə dağılmadı, o bir az Almatıda, bir az Tiflisdə, bir az Vilnüsdə dağıldı, ən böyük sarsıntıya isə Bakıda məruz qaldı.

Başqa respublikalardan fərqli olaraq Azərbaycan öz istiqlalını qurbanlar verərək qazandı.

20 Yanvar şəhidləri təkcə istiqlal yolumuzun şəhidləri deyil, həm də Qarabağ yolunun şəhidləridir. Məhz onların fədakarlığından sonra İrəvan da, Moskva da anladı ki, Qarabağı Azərbaycandan nə zor yoluyla, nə də dilə tutmaqla qoparmaq mümkün olmayacaq.

Məhz 20 Yanvardan sonra ölkə əhalisinin tam əksəriyyəti vətənpərvər ovqata kökləndi. Ölkənin bütün təbəqələri görünməmiş bir şəkildə birləşmişdilər – hakimindən həkiminə qədər, fəhləsindən rəisinədək, alverçisindən bəstəkarına, yazıçısısına, rəssamına kimi.

AzTV-nin məşhur diktoru Rafiq Hüseynovun efirini bərpa etmiş TV-yə qalstuksuz, qara köynkdə çıxması və xəbərləri hüzn içində oxumasını unutmaq olarmı? Əsla.

"Səhər" qəzetinin kollektivinin FV rejiminə və komendant saatına baxmayaraq, sovet dövlətinin antibəşəri cinayətini əks etdirən materialları dərc etməsini və ölkəyə yaymasını yaddan çıxarmaq olarmı? Qətiyyən.

Belə fədakarlıqlar minlərləydi. Birini də bu yaxınlarda danışıblar. İki ay öncə vəfat edən keçmiş vitse-spiker Yaşar Əliyev 20 Yanvar günlərində o zamankı "Semaşko" xəstəxanasının baş həkimi olub və güllələnmiş şəxslərin şəkillərini, videolarını çəkdirib. Kimsə baş həkimdən çuğulluq edib, o zaman Nəsimi rayonunun hərbi komendantı olan Aleksandr Lebed (25 gündən sonra Bakıda general rütbəsi alıb) şəxsən özü başının dəstəsi ilə Yaşar Əliyevin evinə axtarışa gəlib, amma bir şey tapmayıblar. Çünki bir az əvvəl Yaşar həkim kasetləri yoldaşına və 12 yaşlı qızı Səbinəyə verərək Bağırov körpüsü tərəfdə yaşayan dostunun evinə göndərib. Sonradan hər yana yayılan ifşaedici videoların bir hissəsi də məhz vətənpərvər həkimin iradəsi ilə lentə alınıb.

Biz bu günlərə o ağır günlərdən keçib gəldik. Şəhidlərin qanı yerdə qalmadı. Son üç ildə millət yaxşı günlər gördü və hələ çox görəcək. Bu ağır günün möhnəti bizimlə - o günlərin şahidləri ilə gedəcək. Gələcək nəsillər isə 20 Yanvarı qəhrəmanlıq nümunəsi kimi yad edəcəklər.

P.S. Bakıda dinc insanları qıran A.Lebed 1991-ci ilin avqustunda QKÇP qiyamı zamanı əmrə riayət etməyərək, Rusiya Ali Sovetinin binasını mühasirəyə alan insanlara güllə atmayıb və sonradan hərəkətini belə izah edib ki, Novoçerkassk hadisəsini xatırlayıb, qax axıdılmasına yol vermək istəməyib. Bəs o hadisə onun yadına niyə Bakıda düşməmişdi?

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1172   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr