Öz sahəsi üzrə işləyə bilməyən GƏNCLƏR: Diplomu biz nəyə görə alırıq?

Öz sahəsi üzrə işləyə bilməyən GƏNCLƏR: Diplomu biz nəyə görə alırıq?"Azərbaycan dünyada oxuma,yazma səviyyəsinin (99.8%)ən yüksək olduğu ölkələrdən biridir. Hansı ki, bu rəqəm Avropa ölkəsi olan Yunanıstanda 97.9%, ən inkşaf etmiş dövlətlərdən biri Sinqapurda 97.3%, bizim kimi neftlə zəngin olan ölkə Nigeriyada 62%, Hindistanda 74.4%, texnologiya nəhənglərinin müasir vətəni Çində 96.8% və s. təşkil edir. Müstəqillik dövrünün ilk illərindən təhsildə bir sıra yeniliklər tətbiq edildi və post-sovet təhsil sistemində islahatlar aparıldı. Test və kurikulum sistemlərinin tətbiqi, dövlət sifarişi əsasında təhsil, fərqli layihələr buna misal ola bilər. Bu təhsil sisteminin məzunu olaraq indi bəzi boşluqların olduğunu, təcili bəzi dəyişikliklərin gərəkdiyini görürük".

Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir:

"Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Etiraf edə bilərik ki, bu gün Azərbaycan ali təhsil müəssisələrinin bir çoxu əmək bazarının tələblərinə cavab vermir. Bunun əsas səbəbi isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmamasıdır.
Hesab edirəm ki, əmək bazarı yenidən təhlil olunmalıdır. Hansı ixtisaslar üzrə kadrlara ehtiyac duyulursa, həmin ixtisas üzrə qəbul həyata keçirilməlidir. Bu gün heç bir planlaşdırmaya ehtiyac yoxdur. Ali təhsil müəsissələri dövlət orqanları, özəl sektor, digər xidmət sahələrinə kadr hazırlayır. Bütün hallarda əmək bazarının tələbləri, ixtisaslar üzrə tələb olunan bilik və bacarıqlar araşdırılmalıdır

2022-ci ildə ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Onların 15 min 943-ü I qrup, 11 min 558-i II qrup, 13 min 949-u III, 3 mi 690-ı IV qrup, 3 min 701-i isə V qrup üzrə təhsil alanlardır. Ümumilikdə ali məktəbə qəbul olanların 104678-i qadın olub. Bu da ötən illərlə müqayisədə kifayət qədər yüksəkdir. 2000-2001-ci ildə bu rəqəm 49 min 858, 2005-2006-cı ildə 62 min 22, 2010-2011-ci ildə 65 min 112, 2015-2016-cı ildə bu rəqəm 78 min 662, 2020-2021-ci ildə isə 97 min 163 olub.

2020-ci illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub.
İllər üzrə rəqəmlərə nəzər yetirdikdə görə bilərik ki, son 22 ildə ölkədə ali təhsil almaq istəyənlərin sayı artıb. Belə ki, 2000-2001-ci ildə 119 min 683 nəfər, 2005-2006-cı ildə 129 min 948, 2020-2011-ci ildə 140 min 241, 2015-2016-cı idə 161 min 234, 2020-2021-ci ildə 198 min 707, 2021-2022-ci ildə isə 212 min 173 nəfər ali təhsil müəssisələrinə qəbul olub.

Ekspert təhsil sahəsində təcili bəzi dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb:

Bu təhsil sisteminin məzunu olaraq indi bəzi boşluqların olduğunu, təcili bəzi dəyişikliklərin gərəkdiyini görürük. Bir tədris ilində ali təhsil müəssisələrinə qəbul olan mütəxəsislərin 4 il sonra sadəcə 42 faizi ixtisası üzrə fəaliyyət göstərə bilir. Bu onun göstəricisidir ki, ali təhsil müəssisələrində əmək bazarının tələbləri nəzərə alınmır. Müəllimlərin işə qəbul imtahanı zamanı pedoqoji ixtisası bitirən şəxs yüksək bal toplayır, amma o sinifi idarə etməyi bacarmır.

Çox təəssüf ki, hazırda Azərbaycanda orta məktəb dövründə şagirdlərdən tələb olunan və əzbərə əsaslanan 11 illik dərs sisteminin əsas məqsədi sadəcə şagirdi anlamını belə bilmədiyi, sadəcə onun üçün asan və ya haqqında müəyyən dərəcədə məlumatının olduğu ixtisas üzrə universitetə qəbul olmasına nail olmaqdır. 11 illik təhsilin ilk illərində gərəkli ilkin biliklər verilir və bir nöqtədən sonra tələbənin fokusu illər sonra olacaq 3 saatlıq bir imtahana yönəlir, sadəcə 5 fəndən ibarət olan bir çərçivəyə salınır (bu illər ərzində tətbiq olunan dərs vəsaitləri, metodik vəsaitlərin keyfiyyəti də başqa müzakirə mövzusudur).

Növbəti mərhələdə ali təhsil müəssisələri gəlir və burda da uzunmüddətli dövrdə qarşımıza çıxan fərqli problemlər üzə çıxır. Hazırda Azərbaycanda 40 dövlət və 12 özəl universitet var. Bəs bu universitetlər öz potensiallarından nə qədər istifadə edə bilirlər?

Təhsil sistemi tələbəyə, onun bilik və bacarıqlarının hər tərəfli inkişafına xidmət etməlidir, əzbər əsaslı yox, praktiki biliklərə əsaslanan və uzunmüddətli dövrdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına xidmət etməlidir.

K.Əsədov ali təhsil müəssisələrinin məzunları iş imkanları üçün bir hissədə toplandığını və bu da ölkənin kiçik bir hissəsində yüksək rəqabət mühiti yaratdığını bildirib:

"Hazırda dövlət və qeyri-dövlət ali təhsil müəssisələri, elmi təşkilatlarda təhsil alanların sayı təxminən 200.000 nəfərdir. Bunların hər biri bir neçə il sonra əmək bazarına daxil olacaq ixtisaslı kadrlardır. Məsələ ondadır ki, xüsusilə özəl sektorda iş imkanlarının yüksək əksəriyyətinin paytaxtda mövcud olduğunu nəzərə alsaq, ali təhsil müəssisələrinin məzunları iş imkanları üçün burda toplandığını və bu da ölkənin kiçik bir hissəsində yüksək rəqabət mühiti yaratdığını görərik. Rəqabət yaxşıdır, ancaq təhsil sisteminin əmək bazarının tələblərini nəzərə almadan kadr yetişdirməsi kəmiyyət və keyfiyyət fərqləri yaradır.

Bu sadə bir iqtisadi qanundur: tələb və təklif=> çox sayda ixtisaslı kadr->yüksək rəqabət->aşağı əməkhaqqı.

Baxmayaraq ki, 2001-2023-ci illər arasında Azərbaycanda təhsil üçün ayrılan vəsait ümumdaxili məhsulun 20%-dən 7.4%-nə qədər düşüb, ümumi məbləğ hər il artmaqdadır. Amma bu vəsait doğru istiqamətdə yatırılmadıqda uzunmüddətli dövrdə öz nəticələrini göstərir. Son akademik ildə Azərbaycandan 975 nəfər fərqli ixtisaslar üzrə təhsil üçün xaricə üz tutmuşdur. Əslində bu yaxşı bir statistika olmalıdır, çünki xaricdə təhsil almış tələbə fərqli təcrübə və bacarıqları özündə cəmləşdirə, ölkə üçün çox dəyərli kadr rolunu oynaya bilər. Amma əgər əmək bazarı fərqli səbəblərdən gözləntiləri qarşılaya, özü özünü yaxşıya doğru tənzimləyə bilmirsə o zaman bu kadrlar başqa ölkələrə üz tutmalı olurlar.

ABŞ-da dövlət bir tələbənin orta məktəb dövründə təhsili üçün ortalama olaraq hər il 14.000 dollar, ali təhsil təhsili üçün 35.000 dollar xərclədiyi, OECD ölkələrində isə orta və ali təhsil üçün bu rəqəmlərin uyğun olaraq 10.000 və 17.000 dollar olduğu hesablanmışdır. İnsan çox dəyərli bir kapitaldır. Və yaşadığımız cəmiyyətin hər tərəfli inkişafı üçün bu kapitala ehtiyacımız var. Bir sıra dövlətlər ixtisaslı kadrları yuxarıda qeyd etdiyim yüksək xərcləri çəkmədən cəlb etmək üçün fərqli siyasətlərə əl atırlar. Kanada, İsveçrə buna ən yaxşı nümunələr ola bilər. Yerli kadr sayı kifayət etmədiyi üçün hər il əmək bazarının tələblərinə uyğun olaraq müəyyən say limiti daxilində fərqli sahələrdə ixtisaslaşmış kadrlar üçün öz sərhədlərini açırlar. Burda keyfiyyətli təhsil sistemi və bazarda mövcud "görünməz əl" öz funksiyalarını yerinə yetirmiş olurlar.

Sadəcə olaraq, məşğulluq strategiyasında əsas hədəf odur və başlıca məqsəd də məhz bu, olmalıdır ki, əmək bazarına hər il daxil olan yeni işçi qüvvəsi kütləsi iqtisadiyyatda mümkün dərəcədə maksimum səviyyədə yerləşim əldə etsin. Bizdə bu rəqəm təxminən ildə 100 min nəfər təşkil edir. Bunun üçün isə 2 amil tələb olunur: birincisi, bazara daxil olan hər işçi qüvvəsi kütləsi keyfiyyətcə özündən əvvəlkindən daha yüksək olmalı, ikincisi isə iqtisadi artım daimi xarakter daşımalıdır. Hər il 100 min işçinin müvafiq iş yerlərilə təmin edilməsi olduqca çətin vəzifədir. Lakin sahibkarlığı fasiləsiz olaraq inkişaf etdirməklə təhsilin səviyyəsini də buna uyğun təşkil edərək, ildə 100 min nəfərdən də çox işçi qüvvəsinə tələbat yaratmaq mümkündür.

Hesab edirəm ki, iqtisadiyyatın tələbi nəzərə alınmalıdır. Təhsil sistemi buna uyğun qurulmalı və təşkil edilməlidir. Bu sahədə kredit siyasəti konkret olaraq iqtisadi tələblərə cavab verməli, əmək bazarındakı mövcud vəziyyətə uyğun həyata keçirilməlidir. Bizdə isə ali təhsil ocaqları ucdantutma məzun buraxmaqdadır. Əmək bazarı dolub daşır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1235   Tarix: 26 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Mən də atam kimi mahnı oxumaq istəyirəm"

Qızı Əminə Xalq artisti Emin Ağalarovla bağlı sualları cavablayıb. Axşam.az xəbər verir ki, Əminə ad günündə Eminin ona mahnı bəstələməsinə münasibət bildirib:. "İlk dəfə mahnıya qulaq asanda nə hiss etdiyimi tam bilmirəm. Çempionatımdan bir hissəni də oraya əlavə etməsi mənim çox xoşuma gəldi"

12 aprel
.

Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ

"2024-cü ildə Nazirlər Kabinetinin qərarı ilə, bu təkcə suya aid deyil, qanunsuz tikilən və sənədi olmayan evlərə su, qaz, və işığın qoşulması qadağan olunub və bunun artıq cinayət məsuliyyəti də var". xəbər verir ki, bu fikirləri "Xəzər TV"də yayımlanan "Cavabdeh" adl

12 aprel
.

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlə

12 aprel
.

Avtoqəzalarda ölənlərin üçdəbiri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ

Müasir avtomobillər uzun inkişaf yolu keçsələr də, passiv qoruyucu sistemə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri mühafizə edən əsas vasitələrdən biridir. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib:. "Dəfələrlə təsdiq olunu

12 aprel
.

Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır?

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib ki, repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına man

11 aprel
.

Alyona Əliyeva Pasxa bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Pasxa bayramı münasibətilə sosial şəbəkə hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Sizi Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, sevinc və xoş bayram əhval-ruhiyyəsi arzulayıram"

12 aprel
.

İnternetin sürətini artırmaq üçün BUNU EDİN

İddialara görə, routerin arxasına yerləşdirilən folqa Wi-Fi siqnalını yaxşılaşdıra bilər. Bir çoxları buna şübhə ilə yanaşsa da, bəzi araşdırmalar göstərir ki, düzgün tətbiq edildikdə bu üsul müəyyən effekt verə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu ideya əslində yen

12 aprel
.

Azərbaycanda bu şəxslərə ayda 2200 AZN VERİLİR - SİYAHI

Məlum olduğu kimi,Azərbaycanda Vətənin müdafiəsi uğrunda iştirak etmiş və Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə aylıq təqaüd verilir. Bəs,Vətən müharibəsi qəhrəmana adı almış şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği nə qədərdir?. xəbər verir ki, Vətən müharibəs

12 aprel
.

​İş günü QISALDILACAQ - TARİX

Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qey

12 aprel