Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...

Havalar Pasxadan sonra düzələcək - mif, yoxsa...Coğrafiya üzrə fəlsəfə doktoru: "Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür..."

Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqət payı, həm də mif elementləri daşıyır. Pasxa (xüsusilə pravoslav Pasxası) adətən aprel ayına düşür. Bu dövr isə bizim regionda - o cümlədən Azərbaycanda - yazın sabitləşməyə başladığı vaxta təsadüf edir. Bu dövr isə Azərbaycanın iqlim xüsusiyyətlərinə görə yaz fəslinin daha sabit mərhələsinə keçid vaxtıdır. Mart ayının sonu və aprelin əvvəllərində hava əsasən dəyişkən, küləkli və yağıntılı keçir. Lakin ayın ortalarına doğru temperatur tədricən yüksəlir, günəşli günlərin sayı artır və hava nisbətən sabitləşir.

Bəzi illərdə Pasxadan sonra da sərin və ya yağışlı hava müşahidə oluna bilər, digər illərdə isə yaz daha tez gələ bilər.

Pasxa el arasında həm də Qızıl yumurta bayramı kimi tanınır. Günümüzdə Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramı kimi qəbul edilir. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Kilsə təqviminə görə, gecə-gündüz bərabərliyi 21 martda baş verir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Bəzən Bütöv Ay tarixi 21 martla 18 aprel arası qəbul olunur. Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir. Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılmışdır. Pasxada müxtəlif şirniyyatların hazırlanması adətdir.

Qərb xristianlığında Pasxa gününə şənbədən hazırlaşırlar. Gecə qaranlığında tonqal yandırılır ki, bu da İsa peyğəmbərin dirilişinin simvolu hesab edilir. Şərq provaslav kilsəsində və Şərq ortodoks kilsəsində də Pasxa ən mühüm bayramdır. Bəs havaların Pasxadan sonra düzələcəyi ilə bağlı fikirlər mifdir, yoxsa...

Astroloqlar qeyd edir ki, Yerdəki hansısa bayramın atmosferdəki astroloji hadisələrlə bağlılığı, əlaqəsi yoxdur. Yəni Pasxa bayramının təbiət bayramı olması ilə bağlı fikirlər yanlışdır. Yaz fəslinin öz iqlim normaları var. Bu mövsümdə bəzən hava küləkli, yağışlı, soyuq, bəzən də mülayim, hətta çox isti ola bilir. Beləliklə onu hansısa dini ayinə və yaxud bayrama bağlamaq doğru deyil. Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Musavat.com-a deyib ki, apreldə havaların qeyr-stabill keçməsinin birbaşa Pasxa ilə əlaqəsi yoxdur: "Pasxa dini bayramdır və hər il aprelin müxtəlif günlərinə düşür. Sadəcə, aprel ayında Azərbaycanda havaların istiləşməsi baş verir. Çünki Günəşin düşmə bucağı artır, fəsil dəyişir. Amma bunu da həmişə demək olmaz ki, apreldə havalar mütləq sabitləşir. Çünki elə illər olub ki, may ayında, hətta iyun ayının 10-na qədər havalar yaxşı olmayıb, stabilləşmə baş verməyib. Yəni havalar tez və ya gec sabitləşə bilər. Bu artıq sinoptik şəraitdən asılı olaraq baş verir. Amma ümumilikdə, apreldə temperatur artır və sinoptik şəraitdən asılı olaraq müəyyən sabitləşmə müşahidə olunur. Beləliklə, bütün illərin statistikası onu göstərir ki, Azərbaycanda aprel ayında havanın temperaturu artmağa başlayır və bu, bir qanunauyğunluqdur, belə də olmalıdır. Yəni mart ayına nisbətən apreldə havaların daha soyuq olması demək olar ki, mümkün deyil. Heç bir mart ayı apreldən daha isti olmur. Çox nadir hallarda belə istisnalar baş verə bilər.

Lakin ümumi proseslərin gedişi göstərir ki, müəyyən istisnalar olsa da, ümumi tendensiya dəyişmir. Ümumiyyətlə qiymətləndirmələr aparılarkən son 30 ilin məlumatları ümumiləşdirilərək deyilir ki, bütün hallarda aprel martdan daha isti olur. Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür".(musavat.com)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4607   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021