Azərbaycanda süni yağış yağdırılması təklif olunur
İsrailin Milli Su Qurumu - "Mekorot" şirkəti - Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.
Bu barədə "Report"a açıqlamasında şirkətin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Dieqo Berqer bildirib.
Onun sözlərinə görə, layihə ötən həftə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə təqdim olunub:
"Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 823 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu
"Yeni Klinika"da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərar
9 aprelDəm qazından zəhərlənən iki uşaq ailədən alındı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altınd
9 aprelKüləyə görə bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi
8 aprelSədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO
Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni
8 aprel124 yaşlı bina hər an uça bilər (VİDEO)
Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd
8 aprel