2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. 2027-ci ilin büdcə göstəricilərinin hazırlanması fonunda maaş və pensiyaların artırılması məsələsi yenidən gündəmə gəlib.
Hazırda minimum əməkhaqqının 400 manat olduğu nəzərə alınaraq, gələn il bu məbləğin hansı həddə çatdırıla biləcəyi və pensiyaların neçə faiz artırılacağı maraq doğurur. Bəs 2027-ci ildən minimum əməkhaqqı və pensiyalar nə qədər arta bilər? Artım hansı göstəricilər əsasında müəyyənləşdirilə bilər?
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Sonxeber.az-a açıqlamasında bildirdi ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum əmək haqqının ildə ən azı bir dəfə baxılması nəzərdə tutulub. Bu dəyişikliklər cənab prezident tərəfindən 2026-cı ilin fevral ayında təsdiq olundu. Bu isə ondan xəbər verir ki, məhz 2027-ci ilin fevral ayınadək Azərbaycanda minimum əmək haqqı məbləğinə yenidən baxılacaq və təbiiki minimum əmək haqqı məbləğində artımların olacağı gözlənilir. O baxımdan 2027-ci ildə minimum əmək haqqının artacağı gözləniləndir. Çünki bu Əmək Məcəlləsində edilən dəyişikliklərin əsas istiqamətlərindən biridir. Eyni zamanda təbiiki sosial təminat tədbirləri çərçivəsində biz mütamadi olaraq minimum əmək haqqı və digər sosial müavinətlərin artırılmasını müşahidə edirik.
Xüsusən son 6 ildə həyata keçirilən beş paketin əsas istiqamətləri məhz minimum əmək haqqında artımlarla bağlıdır. O baxımdan növbəti ildə minimum əmək haqqının artırılacağı və bununda 2027-ci ilin dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi miqrasiyaya təqdim olunduqdan sonra təbiiki daha dəqiq rəqəmləri müzakirə etmək mümkün olacaq. Eyni zamanda pensiyaların indeksləşdirilməsidə növbəti ilin yanvarında baş verəcək və bu 2026-cı ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksləşdirmənin aparılması və əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinə şamil olunması anlamına gəlir.
Bütövlükdə növbəti ilin dövlət büdcəsindən sosial sferaya ayırılan vəsaitin həcmi ümumi büdcə xərclərinin 44%-ni təşkil edəcəyi gözlənilir. Bu 17 milyard manatdan artıq vəsaitin sosial istiqamətə yönələcəyindən xəbər verir. O baxımdan rəqəmlər ondan xəbər verir ki, növbəti ildə də sosial təminat tədbirləri əsas prioritetlərdən biri olaraq qalacaq.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 223 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı dəfn olundu - Fotolar
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild
29 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrİnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrOktyabrda hava necə olacaq?
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd
29 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrNübar bu kanalda çalışacaq
Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft
30 sentyabrXəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər
30 sentyabr