Ədliyyə Nazirliyindən başqa, hansı dövlət qurumunda DƏYİŞİKLİK OLACAQ? - AÇIQLAMA
Daha əvvəl bildirmişdik ki, ölkənin müvafiq inzibati ərazilərin bölünməsi və icra hakimiyyətlərininləğ edilməsi gözləniləndir. İdaretmə sahəsi üzrə dövlət başçısı tərəfindən müəyyən sahələrdə dəyişikliklər edilir. Buna nümunə olaraq, ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. Bəs Ədliyyə Nazirliyindən başqa, hansı dpvlət qurumunun rəhbərləri dəyişdirilə bilər?
Məsələ ilə bağlı politoloq Turab Rzayev Sonxeber.az-a açıqlamasında deyib ki, dövlət qurumları üzrə bir sıra islahatlar həyata keçiriləcək. İlk olaraq inzibati ərazi bölgüsü olacaq. Çünki uzun müddətdir icra hakimiyyətləri prezidentin funksiyalarını icra edirlər və onların fəaliyyəti sual doğurur:
" Eyni zamanda bələdiyyə sistemidə özünü tam doğrultmadı və amorf quruma çevrildi. Bu baxımdan icra hakimiyyətlərinin birləşdirilərək xüsusi nümayəndəliyə çevrilə bilər və həmin quruma yeni rəhbər təyin edilə bilər. Bununla yanaşı təhsil və mədəniyyət sahəsində olan dövlət qurumları birləşdirilərək regionlar qruplar olub. Eyni zamanda dövlət qurumlarının rəhbərlərinin dəyişdirilməsinə ehtiyac var. Hüquq sahəsinə nəzər yetirsək, ciddi islahatlar həyata keçirilməlidir. Müvafiq orqanlara diqqət artırılmalıdır. Açığı sahə üzrə bir sıra atılmış addımlar var. Ali Məhkəməyə və digər məhkəmə orqanlarına təyinatlar oldu. Məhkəmələrə yeni hakimlər təyin edildi. Hətta bir əhalinin inam indeksi məhkəməyə və hüquq-mühafizə orqanlarına 50 faizdən belə aşağı səviyyədədir. Bu bir sıra tədqiqat mərkəzlərində ortaya qoyulub".
Politoloq bildirib ki, Ədliyyə Nazirliyində edilən dəyişiklikdən sonra, bir sıra proseslər davam edəcək:
"Dövlət orqanlarında rəhbərliyinin dəyişdirilməsi tək hüquq-mühafizə orqanları ilə kifayətlənməli deyil. Eyni zamanda ordu ilə bağlı sahələrdə də bir sıra dəyişikliklər həyata keçirilə bilər. Bu gözləniləndir. Çünki Azərbaycan Ordusu günü-gündən güclənir. Ordunun qarşısında yeni öhdəliklər və yeni komanda birlikləri var. Bu sahəyə daha çağdaş yönümlü şəxslərin gətirilməsi planlaşdırılır. Sosial sahədə bir sıra qurumlar və şəxslər ilə bağlı işlər görülür. Hətta bir sıra layihələr planlaşdırılır. Bunların nəticəsi isə ölkə rəhbərliyini nə qədər qane edir sualına cavab isə hələ tezdir. Qane etməzsə əgər islahat dəyişiklikləri baş verə bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Oktyabrda hava necə olacaq?
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakı sakininin maşını Şuşada minaya düşdü
Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi