Məşhur bloger və qardaşı saxlanıldı - Cinsi istismarında ittiham olunurlar
Britaniyalı internet məşhuru Endryu Teyt qardaşı ilə birlikdə Rumıniyada saxlanılıb. Onlar vətənlərində bir sıra ağır cinayətlərdə ittiham olunurlar.
"Ölkə.az" xəvər verir ki, bu barədə "Associated Press" blogerin mətbuat katibinin bəyanatına istinadən yazıb.
Teyt qardaşları London Sülh Məhkəməsinin verdiyi həbs qərarı əsasında martın 11-də Buxarestdə saxlanılıblar. 37 yaşlı Endryu və qardaşı Tristan onların Böyük Britaniyaya ekstradisiyasına qərar verilərkən növbəti 24 saat dəmir barmaqlıqlar arxasında qalacaqlar. Böyük Britaniyada onlar mütəşəkkil cinayətkar qrup yaratmaqda, insan alverində, bir neçə zorlamada, həmçinin pornoqrafik materialların istehsalı üçün qızların cinsi istismarında ittiham olunurlar.
Böyük Britaniyada 2012-2015-ci illərdə 4 qadın blogeri cinsi və fiziki zorakılıqda ittiham etdikdən sonra məhkəmə prosesi başlayıb. Lakin sonda hakimiyyət onu cinayət məsuliyyətinə cəlb etməmək qərarına gəlib.
"Dörd il sonra bizə dedilər ki, Böyük Britaniya hakimiyyəti onu mühakimə etməyəcək", deyə qurbanlar kampaniya səhifəsində şikayət ediblər.
Endryu Teytin sözçüsü deyib ki, ikili - Britaniya və ABŞ vətəndaşı olan qardaşlar bu iddiaları rədd edirlər və bu cür ciddi iddiaların əhəmiyyətli yeni sübutlar olmadan yenidən "dirilməsindən" dərin məyusluq ifadə edirlər.
Bloger və keçmiş kikboksçu öz paylaşımlarında feminizm və seks haqqında radikal danışıb, Qərb ölkələrini qınayıb. O, 2022-ci ilin dekabrında qardaşı və iki yerli sakinlə birlikdə Buxarest yaxınlığında həbs edilib. Daha sonra onlar ev dustaqlığına buraxılıblar. Ardınca onlara Buxarest və yaxınlıqdakı ərazilərə hərəkət etməyə icazə verilib. Keçən həftə teyti cinayətlərdə ittiham edən qadınlar onun Rumıniyadan qaçmağı planlaşdırdığı barədə məlumat aldıqdan sonra iş yenidən açılıb.
Qalmaqallı bloger dəfələrlə bəyan edib ki, Rumıniya prokurorlarının onun günahı ilə bağlı heç bir sübutu yoxdur və o, siyasi sui-qəsdin qurbanı olub. Teyt bu barədə X sosial şəbəkəsində öz izləyicilərinə məlumat verib. Əvvəllər Teyt müxtəlif internet platformalarında misoginist fikirlər səsləndirdiyinə və nifrəti qızışdırdığına görə bloklanıb.(Qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Oktyabrda hava necə olacaq?
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakı sakininin maşını Şuşada minaya düşdü
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi