Polisin axtardığı serial qatil şou proqramına qatıldı
Fransada 30-a yaxın zorlama və qətl hadisəsi ilə əlaqəsi olan, polis tərəfindən "Acne Man" ləqəbi ilə tanınan serial qatil Fransua Verovenin 2019-cu ildə ölkənin məşhur yarışma proqramına qatıldığı məlum olub. Verove yarışmadan 2 il sonra tutulacağını anlayanda intihar edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ilk cinayətini 11 yaşında törədən Fransua Verove iştirak etdiyi "Tout le monde veut prendre sa place" oyun şousunda rahat davranışı ilə diqqət çəkir.
Polis tərəfindən axtarışda olarkən oyun şousuna qatılan serial qatil iki ildən sonra tutulacağını görüb məktub yazaraq intihar edib.
Verovenin həyat yoldaşı və iki uşağı ilə Fransanın cənubundakı La Grande-Motte qəsəbəsində yaşadığı, həmçinin yerli xalq tərəfindən sevilən bir insan olduğu da açıqlanıb. Verovenin yazdığı məktubda belə bir ifadə yer alıb: "Dözə bilmədiyim vaxtlar olub. Bir günahsız insanı məhv etmək, ləkələmək və öldürmək məcburiyyətində olmuşam".
Fransua Verovenin 1994-cü ilə qədər ümumilikdə 31 zorlama və qətl hadisəsində iştirak etdiyi məlum olub.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 772 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyun