Dünyanın ən qısa həkimi: Sirkdə təlxək olmağı təklif etmişdilər...
Dünyanın ən qısa boylu həkimi23 yaşlı Qaneş Baraiya uğur hekayəsi ilə insanların marağına səbəb olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 91 sm boyu, 18 kq çəkisi olan həkim Hindistanın Qucarat əyalətinin Talaja Thaluka rayonunda anadan olub.
O, normal olsa da, dörd yaşında ikən valideynləri başının bədənindən daha böyük olduğunu görərək həkimə aparıblar. Bu zaman azyaşlının sağalmaz xəstəlikdən əziyyət çəkdiyi üzə çıxıb.
Qaneşin anası oğlunun başının böyüməsinin qarşısını almaq üçün onun başına vannaya bənzər dəbilqə taxıb. Kiçik yaşlarında qısa boyu və böyük başına görə yaşıdları onu ələ salıblar.
Hətta görkəminə görə Qaneşin atasına oğlunu sirkdə təlxək kimi işə götürmək istədiklərini deyiblər. Övladnın qaçırılmasından qorxan ata onu hər gün özü məktəbə aparıb.
Hələ kiçik yaşlarından həkim olmaq istəyən Qaneş bütün diqqətini dərslərinə verib.
İmtahan nəticələrinin yaxşı olmasına baxmayaraq, Hindistan Tibb Şurası onun hündürlüyünə görə, fövqəladə hallarda vəzifələrini yerinə yetirə bilməyəcəyini iddia edərək, ərizəsini rədd edib.
Qaneş rədd cavabı ilə məyus oldsa da, arzusundan əl çəkmək niyyətində deyildi. Cəhdlərinin heç biri uğurlu alınmasa da, o, təslim olmaq istəmirdi.
2018-ci ildə Hindistanın Ali Məhkəməsinin nəhayət onun xeyrinə qərar çıxarmasından sonra Qaneş növbəti ildən təhsil almağa başlayıb.
Bu yaxınlarda təhsilini başa vuran həkim artıq xəstəxanada stajor kimi işə başlayıb.
Uşaqlıq arzusuna çatsa da, qısa boyuna görə xəstələrin ona müraciət etmək istəmədiyini deyən Qaneş hələ də ayrı-seçkiliklə mübarizə aparır.
"Xəstələr məni görəndə əvvəlcə bir az təəccüblənirlər, amma sonra qəbul edirlər və mən onların ilkin davranışlarını qəbul edirəm. Mənə səmimi və pozitiv yanaşırlar. Onlar da xoşbəxt olurlar" - həkim söyləyib.
Hələ adı Ginnesin Rekordlar Kitabına düşməsə də, Q.Baraiya "dünyanın ən qısa həkimi" adlanır və bununla fəxr edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 994 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya və ABŞ-dan Çinlə bağlı yeni mesaj
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. TASS-a istinadən xəbər verir ki, tərəflər Trampın Çin Sədri Si Cinpinlə danışıqlarını müzakirə ediblər və Çinə qarşı siyasət də daxil olmaqla, gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Takaiçini
27 sentyabrKeçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə DİQQƏT ÇƏKDİ
Nepalın Baş naziri Balendra Şah BMT Baş Assambleyasının iclasında qara gün eynəyində iştirak edib. Bu aksesuar siyasətçinin rep-batllarda iştirak etdiyi vaxtlardan bəri onun ayrılmaz imic elementinə çevrilib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Nepalda həmçini
27 sentyabrErmənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrTramp bu xəbərləri təkzib etdi
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu
29 sentyabrDağ saniyələr içində çaya uçdu - Video
Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri bir neçə rayonda ciddi fəsadlara yol açıb. Hadisələr nəticəsində azı 24 nəfər həlak olub, 14 nəfər isə itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, dağın bir hissəsinin saniyələr ərzində çaya uçmasını əks etdirən görüntülər d
29 sentyabrTürkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı
27 sentyabrFransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
Fransanın sabiq prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində iştirak edə biləcəyini bildirib. xəbər verir ki, o bu barədə İtaliyanın "Repubblica" qəzetinə müsahibəsində bildirib. Ollandın sözlərinə görə, söhbət ölkəyə kimin rəhbərlik edə biləcəyindən, eləcə də fransızların gələcəy
28 sentyabrSi Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl
27 sentyabr