Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib.
"Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxara biləcək qədər güclüdür", - deyə o qeyd edib.
Onun sözlərinə görə, bəşəriyyətin heç vaxt "pis niyyətli insanların ən yeni Sİ alətləri ilə birləşməsi" qədər güclü silahı olmayıb. Qeyts həmçinin Sİ-dən istifadə sahəsində qanunvericilik məhdudiyyətlərinin tətbiqinin tərəfdarı olduğunu bildirib.
Daha əvvəl "Anthropic" şirkətinin rəhbəri Dario Amodei təhlükəsizlik səbəblərindən daha güclü süni intellekt modellərinin hazırlanması sürətinin azaldılmasına çağırıb.
Amerikalı milyarder, "SpaceX" və "xAI" şirkətlərinin sahibi İlon Mask, eləcə də "OpenAI" şirkətinin rəhbəri Sem Altman artıq bu ideya ilə razılaşdıqlarını bildiriblər.
"Politico" nəşrinin bu həftə keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ, Kanada və bir sıra Avropa ölkələrinin sakinlərinin təxminən yarısı Sİ-nin inkişaf tempinin azaldılmasının tərəfdarıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 76 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ
İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda
27 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabrTürkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini
27 sentyabrDaha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrNATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin
26 sentyabr