Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub.
Sonxeber.az "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədilə nikahın bağlanmasına müəyyən hüquqi məhdudiyyətlər tətbiq edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi şəxslərin öz arzuları olsa belə, hansı hallarda evlənməyin mümkün olmadığını dəqiq şəkildə müəyyənləşdirib.
Aşağıda Azərbaycan qanunvericiliyinə əsasən nikahın bağlanmasına maneçilik törədən halları və əsas tələbləri diqqətinizə çatdırırıq. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın kəsilməsinə qətiyyən yol verilmir:
1. Qohumluq əlaqələri və ilkin nikah
Mövcud nikahın olması: Tərəflərdən birinin və ya hər ikisinin əvvəlki nikahı rəsmi qaydada pozulmayıbsa, ikinci rəsmi nikahın bağlanması mümkün deyil.
Yaxın qohumluq əlaqələri:
Valideynlər və uşaqlar, babalar/nənələr və nəvələr;
Doğma və ögey (ümumi atası və ya anası olan) qardaşlar və bacılar.
Əmi, dayı, xala və bibi uşaqları arasında nikah: Ailə Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən tətbiq edilən qadağaya uyğun olaraq, bioloji qohum olan əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı, dayıoğlu-dayıqızı və bibioğlu-bibiqızı arasında nikahın kəsilməsi tam qadağandır.
Övladlığa götürmə münasibətləri: Övladlığa götürənlər ilə övladlığa götürülənlər arasında nikah bağlana bilməz.
Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi: Psixi pozuntu nəticəsində məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin nikaha daxil olmasına izin verilmir.
2. Yaş həddi
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı həm kişilər, həm də qadınlar üçün istisnasız olaraq 18 yaş müəyyən edilib. Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, nikah yaşının üzrlü səbəblərdən 1 il azaldılması qaydası ləğv edilib. Hətta hamiləlik və ya digər müstəsna hallar olduqda belə, 18 yaşına çatmayan şəxslərin nikaha daxil olmasına qətiyyən yol verilmir.
3. Tibbi müayinə məcburiyyəti
Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslər mütləq qaydada pulsuz tibbi müayinədən keçməlidir. Burada əsas məqsəd tərəfləri bir-birinin sağlamlıq vəziyyəti haqqında məlumatlandırmaqdır. Xəstəliyin (məsələn, İİV/QİÇS, zöhrəvi xəstəliklər və s.) olması avtomatik olaraq nikaha qadağa qoymur. Lakin nikaha daxil olan şəxs özündə bu kimi təhlükəli xəstəliklərin olduğunu qarşı tərəfdən gizlədərsə, aldadılan tərəf sonradan məhkəməyə müraciət edərək nikahın etibarsız sayılmasını tələb edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri