Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb.
Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" "BookRetreats.com" tərəfindən psixoloq Natali Dattilo-Rayanla əməkdaşlıq çərçivəsində hazırlanan yeni Holiday Happiness Index-in əsasını təşkil edir. Harvardla əməkdaşlıq edən mütəxəssis də araşdırmanın hazırlanmasında iştirak edib.
Araşdırma çərçivəsində dünya üzrə 47 turizm istiqaməti orqanizmdə "xoşbəxtlik hormonları"nın ifrazı ilə əlaqəli olduğu elmi məlumatlarla müəyyən edilən beş amil üzrə təhlil olunub.
Hər şəhər üçün günəş işığının miqdarı, yuxunun keyfiyyəti, sağlam qidalanma imkanları, təbiətdə keçirilə biləcək vaxt və piyada gəzintilər üçün əlverişlilik qiymətləndirilib. Bütün beş göstəriciyə eyni çəki verilib və daha sonra hər istiqamət üçün 100 ballıq şkala üzrə ümumi xoşbəxtlik göstəricisi hesablanıb.
Lissabon birinci yeri tutub
Birinci yeri Portuqaliyanın Lissabon şəhəri tutub. Şəhərdəki restoranların demək olar ki, 10 faizi "sağlam" kateqoriyasına aid edilir. Bu, bütün reytinq üzrə ikinci ən yüksək göstəricidir. Bu meyar üzrə Lissabon Paris, Tokio və Nyu-York kimi qastronomiya paytaxtlarını geridə qoyur.
Bundan başqa, Portuqaliyanın paytaxtı məşhur təpəli relyefinə baxmayaraq, piyada gəzintilər üçün əlverişlidir. Şəhər kifayət qədər kompaktdır və əsas görməli yerlərin əksəriyyətinə - Praça do Comércio meydanından Belen qülləsinə qədər - bir neçə saat ərzində piyada çatmaq mümkündür.
Şəhərdə hər sakinə 49 kvadratmetr yaşıl sahə düşür ki, bu da Madriddəkindən təxminən dörd dəfə çoxdur. Turistlərin Koşta-da-Kaparika və Kaşkays çimərliklərinə də asan çıxışı var. Bundan əlavə, Lissabonda ildə orta hesabla 2828 saat günəşli hava müşahidə olunur.
İlk beşlikdə hansı şəhərlər var?
İkinci yeri Finlandiyanın Helsinki şəhəri tutub. Finlandiya artıq səkkizinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi adlandırılır. Paytaxt isə çoxsaylı yaşıl zonaları və səs-küy çirklənməsinin aşağı səviyyəsi ilə seçilir.
Üçüncü yerdə ABŞ-ın Orlando şəhəri qərarlaşıb. Reytinqdə iştirak edən bütün şəhərlər arasında adambaşına ən çox yaşıl sahə məhz Orlandoda düşür. Şəhər həmçinin ildə təxminən 2930 saat günəş işığı alır.
Dördüncü pillədə Yunanıstanın paytaxtı Afina yer alıb. Bu şəhər bütün reytinqdə piyada gəzintilər üçün ən əlverişli istiqamət kimi göstərilib. Bundan əlavə, Afinada sağlam qidalanma təklif edən restoranların payı da ən yüksək göstəricilərdən biridir.
İlk beşliyi Şotlandiyanın Edinburq şəhəri tamamlayır. Bu, ilk onluğa daxil olan yeganə Britaniya şəhəridir. Edinburq parkları, yuxunun keyfiyyəti və piyada hərəkət üçün əlverişliliyi ilə seçilib.
Ən xoşbəxt turizm istiqamətlərinin ikinci beşliyinə Madrid (İspaniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan), Oslo (Norveç) və Vilnüs (Litva) daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edə bilər