2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında 1 176,7 manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb.

Bu fonda minimum əməkhaqqının mövcud səviyyəsi, onun yaşayış xərclərinə uyğunluğu və qarşıdakı dövrdə artırılması məsələsi yenidən gündəmə gəlir. Bəs minimum əməkhaqqının 600-700 manata çatdırılması iqtisadi baxımdan mümkündürmü və belə artım əmək bazarına, sahibkarlara və qiymətlərə necə təsir göstərə bilər?
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, minimum əməkhaqqının 600-700 manata çatdırılması Azərbaycanda nəzəri baxımdan mümkündür, amma bunu yalnız beynəlxalq reytinqlərdə digər keçmiş sovet ölkələri ilə fərqi aradan qaldırmaq məqsədi ilə etmək iqtisadi baxımdan kifayət qədər əsaslandırılmış yanaşma olmaz. Onun sözlərinə görə, minimum əməkhaqqının müəyyənləşdirilməsində ölkənin əmək məhsuldarlığı, orta əməkhaqqı, yaşayış xərcləri, inflyasiya, biznesin əməkhaqqı ödəmə qabiliyyəti və dövlət büdcəsinin imkanları nəzərə alınmalıdır: "Hazırda minimum əməkhaqqının 400 manat olması fonunda onun 600-700 manata qaldırılması 50-75 faizlik artım deməkdir. Belə artım minimum əməkhaqqı ilə çalışanların nominal və real gəlirlərini əhəmiyyətli dərəcədə yüksəldə bilər, eyni zamanda sosial ödənişlərə və əməkhaqqı ilə əlaqəli digər ödənişlərə də təsir göstərə bilər. Lakin əməkhaqqının inzibati qaydada sürətlə artırılması kiçik və orta biznes üçün əlavə xərc yarada, bəzi sahələrdə qiymətlərin və ya qeyri-rəsmi məşğulluğun artmasına səbəb ola bilər.

Ona görə daha real yanaşma minimum əməkhaqqının mərhələli şəkildə artırılmasıdır. Məsələn, inflyasiya və məhsuldarlıq artımı nəzərə alınmaqla minimum əməkhaqqının hər il yenidən hesablanması və orta əməkhaqqına müəyyən nisbətdə yaxınlaşdırılması mümkündür. Bu halda həm işçilərin gəlirlərinin qorunması, həm də işəgötürənlərin üzərinə düşən yükün birdən-birə kəskin artmasının qarşısının alınması mümkün olar.

Digər keçmiş sovet ölkələri ilə müqayisə də yalnız nominal məbləğ əsasında aparılmamalıdır. Əhalinin real alıcılıq qabiliyyəti, yaşayış xərcləri, vergi yükü və qiymət səviyyəsi də nəzərə alınmalıdır. Buna görə 600-700 manatlıq minimum əməkhaqqının Azərbaycanda sosial baxımdan nə dərəcədə yetərli olduğunu müəyyənləşdirmək üçün həmin məbləğin ölkədəki əsas istehlak xərclərini nə qədər qarşıladığına baxmaq daha düzgün olar".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 477   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"

Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi

22 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi

22 sentyabr