Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...

Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...Teymurləngin iddiası, Qılınc Qurbanın hökmü, Fəttahın (Qurd Cəbrayıl) kəskin bıçağı və bütün bunları bir xəncər itiliyi kimi özündə birləşdirən Yusif Vəliyev. Vaxtilə onunla bir yerdə çalışan həmkarları dəfələrlə qeyd ediblər ki, bu alçaqboy, zahirən o qədər də gözəgəlimli olmayan kişidə qeyri-adi bir xarizma, ətrafdakıların diqqətini özünə çəkən qarşısıalınmaz cazibə qüvvəsi var. Bu isə aktyor, xüsusən də kino aktyoru üçün ilahidən verilən bir vergi, məxsusi istedad idi. Bir neçə saniyə baxmaq kifayətdir ki, onun qəhrəmanlarının xarakterini duyasan, hər ifadəsinə, hərəkətinə hakim kəsiləsən.

Publika.az anım günü qeyd olunan xalq artisti Yusif Vəliyevi yad edir.

Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə Abdulla kişinin və Minaxanım ananın ailəsində dünyaya gəlib. Qohum-qonşu onu yaraşıqda Yusifə bənzətdiyi üçün atası oğlunun adını Yusif qoyur. Gənc Yusif 1933-1936-cı illərdə Baki Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə çıxış edib. Aktyor, eyni zamanda bir müddət Yəhudi Dövlət Dram Teatrında işləyib. Bu dili bilməsə də, sözləri əzbərləyərək bir neçə rol oynayıb.
Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...Teymurləngin iddiası, Qılınc Qurbanın hökmü, Fəttahın (Qurd Cəbrayıl) kəskin bıçağı və bütün bunları bir xəncər itiliyi kimi özündə birləşdirən Yusif Vəliyev. Vaxtilə onunla bir yerdə çalışan həmkarları dəfələrlə qeyd ediblər ki, bu alçaqboy, zahirən o qədər də gözəgəlimli olmayan kişidə qeyri-adi bir xarizma, ətrafdakıların diqqətini özünə çəkən qarşısıalınmaz cazibə qüvvəsi var. Bu isə aktyor, xüsusən də kino aktyoru üçün ilahidən verilən bir vergi, məxsusi istedad idi. Bir neçə saniyə baxmaq kifayətdir ki, onun qəhrəmanlarının xarakterini duyasan, hər ifadəsinə, hərəkətinə hakim kəsiləsən.

Publika.az anım günü qeyd olunan xalq artisti Yusif Vəliyevi yad edir.

Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə Abdulla kişinin və Minaxanım ananın ailəsində dünyaya gəlib. Qohum-qonşu onu yaraşıqda Yusifə bənzətdiyi üçün atası oğlunun adını Yusif qoyur. Gənc Yusif 1933-1936-cı illərdə Baki Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə çıxış edib. Aktyor, eyni zamanda bir müddət Yəhudi Dövlət Dram Teatrında işləyib. Bu dili bilməsə də, sözləri əzbərləyərək bir neçə rol oynayıb.

Təhsilini bitirdikdən sonra təyinatla Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib. Adı çəkilən sənət ocağında 1949-cu ilədək çalışan Yusif Vəliyev teatrın ən aparıcı aktyorlarından biri olub. Yusif Vəliyev teatrda dram tamaşaları ilə yanaşı, opera və operettalarda da rol alıb. Teatr bağlanandan sonra Bakıya gələn Yusif Vəliyev çox az müddətdə Rus Dram Teatrında çalışıb. Daha sonra Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan aktyor ömrünün sonuna kimi bu sənət oacağında işləyib.

Aktyor "Molla İbrahimxəlil kimyagər", "Məlik Məmməd","Əlvida, Hindistan!", "Şəhərli oğlan", "Yaşar", "Sirli şəhər", "Evlənmə", "Müsyö Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan", "Bir saatlıq xəlifə", "Romeo və Cülyetta", "Zəncirlənmiş Prometey" və bu kimi onlarla səhnə əsərində özünəməxsus obrazlar yaradıb zamanında.
Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...Teatrdan fərqli olaraq onun kinoda canlandırdığı rolların sayı o qədər də çox deyil. Amma yaratdığı obrazlar hərəsi öz-özlüyündə böyük bir məktəb, bir nümunədir desək, yerinə düşər. Necə deyərlər, əsas kəmiyyət yox, keyfiyyətdir. Kiçik bir obrazı ilə böyük tamaşaçı sevgisini qazanmaq hər aktyora nəsib olan səadət payı deyil . Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizodik rollar oynasa da, çox maraqlı, yaddaqalan xarakterlər yaradıb. Onun "Sən nə üçün yaşayırsan?", "Nəsimi", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" filmlərində həyat verdiyi hər bir obraz ən azı eyni həvəslə izlənilir bu gün . Budur aktyor sənətinin böyüklüyü. Yusif Vəliyev əsl aktyor idi: oynadığı rolların boyük-kiçikliyinin, əsas, yaxud 2-ci dərəcəli olmasının onun üçün heç bir əhəmiyyəti yox idi.
Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...O, həm də özünəməxsus səs tembri ilə seçilən sənətkar idi. "Dədə Qorqud", "Axırıncı aşırım", "Əhməd haradadır?", "Qaraca qız", "Dərviş Parisi partladır","Böyük dayaq", "Dağlarda döyüş", "Uzaq sahillərdə" kimi ən sevilən filmlərimizdə Yusif Vəliyevin möhtəşəm səsləndirməsi var.

Adətən gənclərlə yoldaşlıq edən sənətkar həm də onlardan öz köməyini əsirgəməyib. "Gənclərlə yoldaşlıq etdikcə, özüm də gəncləşirəm" –deyən Yusif Vəliyev ətrafındakı gənclərə hər zaman dəstək olan sənətkarlar sırasında yer alıb.
Teymurləng iddiası, Qılınc Qurban hökmü, Qurd Cəbrayıl qəddarlığı: Onun elə bir səsi vardı ki...Ustad sənətkar 1960-cı ildə Azərbaycanın Əməkdar artisti, 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Xalq artisti adını alandan bir il sonra isə 1980-ci il martın 18-də dünyasını dəyişib. Deyilənə görə aktyor ürək çatışmazlığından əziyyət çəkib.

Elə insanlar var ki, ölüm onlar üçün hər şeyin sonu deyil. Bu insanlar ölümlərindən sonra daha tez-tez xatırlanır, cismən olmasa da, ruhən yaratdıqları əsərlərdə yaşayır, xatırlanır, yaddaşdan silinmirlər. Bu fikirlərin haqqını verən sənətkarlardan biri idi Yusif Vəliyev. Yaratdığı obrazlara Azərbaycan tamaşaçısının yaddaşında ən möhtəşəm aktyor kimi qalan əbədiyaşar sənətkar.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1324   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MM-də dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi təklif olunub

"2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Bu, əsasən büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır". , bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasını

6 noyabr 2020
.

Avtomobil kanala aşdı, ölən və yaralananlar var

Ağdaşda avtomobil kanala aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, martın 12-də saat 17 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində kənd sakini Z.Əlizadə idarə etdiyi "VAZ-21074" markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildəki sərnişin F.Xəlilo

13 mart 2021
.

"Düşmən mediasındakı yalan məlumatlar hərbçilərimizin ruhuna mənfi təsir edə bilər"

"Daxili hərbi-siyasi vəziyyəti iyul döyüşlərinə nəzərən təhlil etdikdə görürük ki, bu döyüşlərdə Azərbaycanın media sektoru da özünü müsbət mənada göstərdi. Müdafiə Nazirliyinin mətbuat xidməti lazımi tədbirlər görərək, həm iaşə obyektlərində, həm ictimai nəqliyyatda, həm də kütləvi informasiy

21 avqust 2020
.

SON DƏQİQƏ: Yoluxma KƏSKİN ARTDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər "COVID-19"dan vəfat edib

13 mart 2021
.

Bakıda 550 küçə dezinfeksiya edilib

Bu gün paytaxtda təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, iməcilik zamanı səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, köşklərin, mağazaların vitrinlərinin

10 aprel 2021
.

Koronavirusu dəf edən SİMPTOM AŞKARLANDI

İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir. Belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsini

16 mart 2021
.

Əli Əsədovun müavini İran səfiri ilə görüşdü

Azərbaycan Baş Nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. xəbər verir ki, tərəflər iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ötən gün görüşüblər. Görüşd

18 sentyabr 2020
.

"Həmin günün yaşanmamasını istərdim" – Pilotun qardaşı

Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn olunmasından bir il keçir. "MediaPost" məlumat verir ki, pilotun cənazəsi ötən il avqustun 21-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev ötən il iyulu

21 avqust 2020
.

Gürcüstanda aksiya zamanı hücuma məruz qalan media nümayəndəsi vəfat edib

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib. Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığ

11 iyul 2021