Siqaret alternativləri hansı xəstəliklərə səbəb olur? - Stomatoloqdan xəbərdarlıq

Siqaret alternativləri hansı xəstəliklərə səbəb olur? - Stomatoloqdan xəbərdarlıqMəşhur diş həkimi siqaretə alternativ olaraq təklif edilən elektron siqaretlərin, eləcə də nikotin kisələrinin dişlərə və diş ətinə zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, siqaretin ağız nahiyəsinə zərərli təsirlərindən - dişlərdə sarı və qəhvəyi ləkələrin yaranmasından tutmuş diş tökülməsinə, diş əti xəstəliklərindən ağız xərçənginə qədər - bir çox insan məlumatlıdır. Lakin siqaretə alternativ kimi təqdim olunan məhsulların zərərlərini çox adam bilmir.

Süni intellektlə dəstəklənən stomatologiya tətbiqi "Toothfairy"nin qurucusu Dr. Dipak Alek bildirir ki,"ağız sağlamlığı son siqareti söndürdükdən sonra 20 dəqiqə ərzində yaxşılaşmağa başlayır, lakin bir çox siqaret çəkən üçün siqareti tərgitmək asan deyil. İnsanlar nikotin kisələrinin və ya elektron siqaretlərin daha sağlam bir alternativ olduğuna inanaraq onlara müraciət edirlər".

Dr. Dipak ən məşhur siqaret alternativlərinin zərərlərini izah edib:

Elektron siqaret

"Bir vaxtlar siqaretin "daha təhlükəsiz" alternativi kimi təqdim olunsa da, artıq elektron siqaretin riskləri barədə məlumatlılıq artır.
Çoxsaylı son araşdırmalar və təhlillər sayəsində, elektron siqaretlərin qan damarlarının ciddi zədələnməsindən ağciyərdə yaralara qədər bir sıra problemlərlə əlaqəli olduğu müəyyən edildi.

Elektron siqaretdəki mayelərin (nikotinli və ya nikotinsiz) tərkibində metallar, "uçucu üzvi birləşmələr" və xərçəngə səbəb olan kimyəvi maddələr var", - deyə stomatoloq bildirib.

Nikotin kisələri (Snus)

"Siqareti tərgitmək istəyənlər üçün digər məşhur alternativ nikotin kisələridir. Ağız boşluğunda dodaqlarla diş ətləri arasına qoyulan kisələr siqaret çəkənlərin aludəçiliklə mübarizə aparmağına kömək etmək üçün nikotini yavaş-yavaş qana buraxır.

Brendlər fərqli olsa da, çoxunda stabilizatorlar, aromatizorlar və süni tatlandırıcılar, eləcə də başqa kimyəvi maddələr var", - deyə Dr.Dipak qeyd edib.

O xəbərdarlıq edib ki, nikotin kisələri dişlərin çürüməsinə, ağız quruluğuna, boğazın qıcıqlanmasına, ağız qoxusuna, diş ətlərinin çəkilməsinə və diş minasının zəifləməsinə səbəb ola bilər.

Nikotin saqqızı

Dr.Dipak qeyd edir ki, nikotin saqqızı ağız sağlamlığı baxımından siqaretdən daha yaxşı olsa da, müntəzəm istifadə dildə və yanaqlarda yaralara və ağız quruluğuna səbəb olur:

"Nikotin qan damarlarını daraldır, buna görə də diş əti ilə birbaşa təmasda diş və ya diş əti xəstəliyinə səbəb ola bilər. Ona görə də nikotin saqqızı əvəzinə şəkərsiz saqqız çeynəmək ağız sağlamlığınız üçün daha yaxşı seçimdir. Çünki o, tüpürcək istehsalını artırır, bu da arzuolunmaz turşu və bakteriyalardan xilas olmağa kömək edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1012   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vahid məktəbli formasının tətbiqinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil - AÇIQLAMA

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına və məktəb mühitində ümumi qaydaların formalaşmasına təsir göstərə bilər. Eyni geyimdən istifadə şagirdlərin ailələrinin maddi imkanlarından asılı olaraq geyim üzərindən yaranan fərqlərin azalmasına, məktəb

28 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbə

29 sentyabr
.

Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI - FOTO/VİDEO

Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb. Məlumat -ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib. Qeyd olunub ki, 200-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanl

28 sentyabr
.

Daşınmaz əmlak bazarında qiymətlər yenidən ARTIR: Səbəb nədir? - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dinamikası yenidən diqqət mərkəzindədir. Mənzil qiymətlərinin formalaşmasına tikinti xərcləri, torpaq sahələrinin qiyməti, ipoteka və kredit imkanları, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif nisbəti və yeni tikililərin bazara çıxarılmas

29 sentyabr
.

Azərbaycanlı aparıcının TOYUNDAN GÖRÜNTÜLƏR

Məşhur televiziya aparıcısı Afət Rahilqızı ailə həyatı qurub. xəbər verir ki, tanınmış simanın toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Afət Rahilqızının meyxanaçı Fərhadla evlənib. Cütlük Elgiz Əkbərin "Şadlıq olsun" verilişindən birbaşa restorana yollanıb. Bununla da Afətl

29 sentyabr
.

Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən

İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA

28 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Qaradağın yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka

28 sentyabr