37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:
Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub.
2005-2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009-2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
2015-2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layiq görülüb.
2025-ci ildə ABŞ-nin Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu bitirib.
Məmmədiyə Məmmədov 2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.
2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.
Əmək fəaliyyəti dövründə bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak edib və onların təşkilində yer alıb. 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezident İlham Əliyevin "Təşəkkürnamə"si ilə təltif olunub.
Məmmədiyə Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri