Bayram günlərində bunlara diqqət edin
Novruz süfrəsində qənnadı məhsulları üstünlük təşkil edir. Lakin onların normadan artıq qəbulu bəzən fəsadlarla nəticələnir. Təsadüfi deyil ki, bayram günlərində yüksək təzyiq, mədə-bağırsaq pozulması, qastrit kimi şikayətlər çoxalır. Buna səbəb isə yağlı yeməklərdən sonra həddindən çox şirniyyatın qəbul edilməsidir. Xroniki ürək-damar çatışmazlığı, şəkərli diabet, arterial hipertenziya və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkən insanlar şəkərbura, badambura, qoğal, paxlava və digər kalorisi olan şirniyyatları qəbul edəndə onlar üçün daha da təhlükəli olur.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyevin dediyinə görə, oruc tutanların bayram şirniyyatından daha az istifadə etməsi məsləhətdir: "14-15 saat ac qalandan sonra iftar zamanı qida qəbul edib üstündən yüksək kilokalorili şirniyyatlar yemək orqanizm üçün çox ciddi fəsadlar yaradır. Hətta mədə-bağırsaq traktını o qədər yükləyir ki, qaraciyər və böyrək filtrasiyası çox zədələnir və nəticədə toksik maddələr orqanizmdən çıxmır, kilo vermək əvəzinə kilo almağa səbəb olur. Mədə-bağırsaqda günlərlə diskomforta, yoğun bağırsaq xəstəliklərinə qədər aparıb çıxarır".
Qida mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, şəkərli diabet, yüksək təzyiq və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər axşam saatlarında təkcə şirniyyat deyil, ümumiyyətlə, qida qəbul etməməlidirlər: "Novruz şirniyyatlarını yeməklə birlikdə qəbul etmək mədə-bağırsaqda bir çox problemlərə səbəb olur və həmin problemlər bayramdan sonrakı günlərdə də davam edir. Yaxşı olar ki, şirniyyatlar günün birinci yarısında qəbul edilsin və onların hamısı eyni vaxtda yeyilməsin. Günün birinci yarısında qəbul edilən unlu məmulatlar və şirniyyatlar enerjiyə çevrildiyi halda axşam qəbul ediləndə artıq çəki və piylənmə ilə nəticələnir".
Mütəxəssis qeyd edib ki, gün ərzində orqanizmin şəkər qəbulu norması qadınlarda 20-25, kişilərdə 35 qramdır. Şirniyyat və unlu məmulatların acqarına, yəni yemək əvəzinə qəbul edilməsi də tövsiyə olunmur. Belə halda qanda şəkərin miqdarı qalxa və ya düşə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 679 Tarix: 20 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara
28 sentyabr44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU
27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal
28 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabrYeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. H. Babayev əmək fəaliyyətinə 2004-c
28 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabrBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır. Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir. Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala
29 sentyabrQazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabr