Boşananda mərc oyunlarından qazanılan gəlir də bölünəcək - Ali Məhkəmədən qərar
Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarı qəbul edilib.
"Qafqazinfo"nun məlumatına görə, qərarda maraqlı məqamlardan biri nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlirlə bağldır.
Məsələn, əgər ər birgə yaşayış vaxtı hər hansı lotareya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək. Qayda ondan ibarətdir ki, sözügedən oyunlarda iştirak üçün verilən vəsait ər-arvadın ümumi əmlakından xərclənir. Bununla da gələcəkdə boşanma işlərində tərəflər bu məsələni də müzakirəyə çıxara bilərlər.
Bundan əlavə, digər məsələ ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlıdır. Qərara əsasən, sözügedən əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də ər-arvadın birgə öhdəliyi sayılır. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1635 Tarix: 21 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabrDYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq
"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur"
29 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrHacı Şahinin nəvəsi olub
Məşədi Dadaş məscidinin mərhum imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsində sevinc yaşanıb. Axşam.az xəbər verir ki, ilahiyyatçının qızı Fatimənin qız övladı dünyaya gəlib. Qeyd edək ki, Fatimənin toyu ötən ilin oktyabrında baş tutub
29 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabr