DYP-dən at arabaları ilə bağlı - Xəbərdarlıq
"Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur".
Sonxeber.az xəbər verir ki, bu, Baş DYP İdarəsinin hərəkət iştirakçılarına, xüsusilə arabaları idarə edən şəxslərə xəbərdarlığında bildirilib.
"Son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb. Sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən hadisədə isə arabaçı həyatını itirib.
Bu hadisələr bir daha göstərir ki, at arabalarının yolda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq ağır nəticələrə gətirib çıxara bilər. At arabaları da ümumi istifadədə olan yollarda hərəkət etdikdə müəyyən edilmiş qaydalara uyğun idarə olunmalıdır", - məlumatda qeyd olunub.
Qaydalara əsasən:
- At arabasını ümumi istifadədə olan yollarda 14 yaşına çatmış şəxslər idarə edə bilərlər.
- At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir.
- Görünmə məhdud olan yerdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır.
- At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər.
- Sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabası dəmir yollarından keçirilməməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri qaydalara ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtı görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırır" məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 120 Tarix: 29 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara
28 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrMərkəzi Bankın qərarı: Kredit faizləri aşağı düşəcək - Əhaliyə ŞAD XƏBƏR
Mərkəzi Bankın faiz dəhlizində etdiyi son dəyişiklik kredit bazarında faizlərin gələcək dinamikası ilə bağlı sualları yenidən gündəmə gətirib. Belə ki, Mərkəzi Bankın İdarə Heyəti sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb, faiz dəhlizinin aşağı həddini isə 0,5 faiz bəndi azaldara
28 sentyabrƏmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda
29 sentyabrSabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy
28 sentyabrBu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabr