Getmək istəməyən qonağı döyüb öldürdü
Rusiyanın Mordoviya Respublikasında 45 yaşlı kişi getmək istəməyən qonağı vəhşicəsinə döyüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Saransk şəhərində baş verib. Kişi öz evində qonaqla spirtli içki içib. Lakin getmək vaxtı çatanda qonaq mənzili tərk etməkdən imtina edib. Daha sonra onların arasında münaqişə yaranıb. Ev sahibi dostunu vurub. O, yerə yıxılandan sonra onu əl-ayağı ilə döyməyə başlayıb. Bundan sonra ev sahibi yatmağa gedib.
Səhər kişi işə getmək üçün ayağa qalxıb və qonağın meyitini dəhlizdə tapıb. Sonradan müəyyən edilib ki, qatil ona 70-dən çox zərbə endirib.
Məhkəmə həmin şəxsi ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib. Ona həmçinin zərərçəkmiş tərəfin xeyrinə təzminat ödəmək tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 716 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
ABŞ-ın şimal-şərqini cərəyan edən güclü fırtına nəticəsində Nyu-Yorkda bir nəfər həyatını itirib. "Report" xəbər verir ki, bu barədə sentyabrın 26-da "The New York Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 56 yaşlı mənzil idarəsinin əməkdaşı şəhərin şərqində yerləşən Brukli
27 sentyabr5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda özəl klinikada diş müalicəsi alan 5 yaşlı Hatice Serra Kıl müalicədən sonra vəziyyəti pisləşərək xəstəxanada ölüb. xəbər verir ki, məlumata görə, kiçik qız müalicədən sonra ailəsi ilə birlikdə evə qayıdıb. Bir müddət sonra onun vəziyyəti pisləşib və valideynlər
27 sentyabrABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrHörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır. "Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft
27 sentyabrLukaşenko Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisini dəyişib
Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib. xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Buna qədər Vladimir Belı Belarusun müdafiə nazirinin müavin
28 sentyabr