Ermənistanda polis bölməsinə hücumla bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb
Ermənistan İstintaq Komitəsi İrəvanda üç nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan feysbukda bildirib.
"İrəvanın Nor-Nork rayonunda polis bölməsində 3 nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayışla bağlı İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin istintaqı üzrə baş idarəsi tərəfindən terrorçuluq maddəsi ilə cinayət işi açılıb", – o qeyd edib.
Abrahamyanın sözlərinə görə, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.
Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdirib. İrəvanın mer müavini Armen Pambuxçyan insidenti terror kimi səciyyələndirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1115 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır
Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşlərin yekunların
27 sentyabrABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrİki böyük panda Çindən ABŞ-yə aparılıb
İki böyük panda - erkək Pinpin və dişi Fuşuan Çinin Çendu şəhərindən ABŞ-yə göndərilib, onlar növbəti 10 ili Atlanta zooparkında keçirəcəklər. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sentyabrın 27-də yerli vaxtla saat 02:55-də pandalar Çendu Şuanlü Beynəlxal
27 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabr