Araz Ağalarova məxsus bütün "Vegas" ticarət mərkəzləri bağlandı

Araz Ağalarova məxsus bütün "Vegas" ticarət mərkəzləri bağlandıMartın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktından sonra "Vegas Crocus City", "Vegas Kuntsevo" və "Vegas Kaşirskoye" ticarət və əyləncə mərkəzləri müvəqqəti olaraq bağlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ticarət şəbəkəsi "Telegram"da məlumat verib.

"Bu gün, martın 25-də bütün "Vegas" ticarət və əyləncə mərkəzləri müvəqqəti bağlanıb. Alış-veriş və əyləncə komplekslərini ziyarət etməyin nə vaxt mümkün olacağı barədə sizə mütləq məlumat verəcəyik", deyə məlumatda deyilir.

Bütün ticarət və əyləncə mərkəzləri Araz Ağalarovun sahib olduğu "Crocus Group"a məxsusdur. Obyekt sahibləri yanan konsert zalını bərpa edəcəklərini bildiriblər.

Xatırladaq ki, "Crocus City Hall" konsert zalına hücum martın 22-də axşam "Piknik" qrupunun çıxışından əvvəl baş verib. Silahlı şəxslər binaya soxularaq avtomatlardan atəş açıb, bir neçə dəfə partlayış səsləri eşidilib, yanğın başlayıb. Son məlumatlara görə, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 137 nəfər həlak olub. Rusiya Səhiyyə nazirliyinin siyahısına görə, xəsarət alanların sayı 180 nəfərdir.

FTX iş üzrə 11 nəfərin, o cümlədən hücumda birbaşa iştirak edən dörd cinayətkarın saxlandığını açıqlayıb. Təqsirləndirilən şəxslər Tacikistan vətəndaşları Dalerjon Mirzoyev, Saidakrami Murodali Racabalizoda, Shamsiddin Fariduni və Muhammadsobir Fayzovdur. Basmannı məhkəməsi onları mayın 22-dək həbs edib. Hücuma görə məsuliyyəti "İslam Dövləti" terror təşkilatı öz üzərinə götürüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1498   Tarix: 25 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər

28 sentyabr
.

Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi

Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib

28 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. H. Babayev əmək fəaliyyətinə 2004-c

28 sentyabr
.

Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində dəhşətli hadisə baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Rəna adlı yaşlı qadın oğlunu bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. *. TƏBİB-dən sorğumuza cavab olara

28 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb

29 sentyabr