Əsgərlər arasında intihar halları niyə artıb? - Açıqlama

Əsgərlər arasında intihar halları niyə artıb? - AçıqlamaAxır vaxtlar orduda intihar hallarına yenidən rast gəlinir. Bu baxımdan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şəhriyar Nizami oğlu Musayev və Bağırov Elcan Emin oğlu odlu silahdan istifadə etməklə özünü öldürməsini nümunə göstərə bilərik. Orduda əsgərlərin xidmət keyfiyyətinin artırılması istiqaməti üzrə göstərişlər verildiyi halda, əsgərlər niyə intihar edir? Bunun səbəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlamasında bildirib ki, əsgərliyə çağırışçıların təkcə fiziki cəhətdən sağlamlığı yox, həm də onların psixoloji baxımdan yoxlanışları keçirilməlidir:

"Çünki psixoloji cəhətdən problemi olan şəxslərin hərbi xidmətə getməsi özü də bir problem yaradır. Elə çağırışçılar var ki, o ümumiyyətlə xidmət etmək istəmir. Hətta xidmətə getdikləri halda özlərini öldürəcəklərini deyirlər. Belə çağırışçıların hərbi xidmətə göndərilməsi komandiri bir növ işə salmaq deməkdir. Heç kim baxmayacaq ki, bu əsgər psixoloji baxımdan necə olub. Həmin çağırışçılar hərbi xidmətə gedir və dözə bilmir. Bu zaman intihara meyilli adam olur və özünü öldürür. Heç kim baxmayacaq ki, bu adam hər xidmətə gəlmək istəyib ya yox. Bu zaman dərhal komandirin üzərinə düşürlər ki, çağırışçı haqqında niyə tədbir görülməyib. Mən hesab edirəm ki, komandiri pis vəziyyətdə qoymamaq üçün birinci növbədə hər şeyə əvvəldən başlamaq lazımdır. Onların psixoloji vəziyyətini yoxlamaq lazımdır".

Ekspertin sözlərinə görə, getmək istəməyən çağırışçını hərbiyə göndərib, illərdir xidmət etmiş və rütbə alan bir zabiti çətin vəziyyətə salmaq lazım deyil:

"Ondansa həmin şəxsi ora göndərməmək daha yaxşı olar. Hesab edirəm ki, bu istiqamətdə işlər görülməlidir. Bu problemlərin sonu depressiyaya gətirib çıxarır. Cəmiyyətdə kifayət qədər problemlər var. İnsanların həyatları ağırdır. Zamanında Qarabağ ideologiyası var idi və artıq işğaldan azad olundu. Digər məsələlər öz həllini tapdı. Gənci müvafiq formada motivasiya etmək barəsində artıq düşünmək lazımdır. Ölkə və ordu içərisində bir motivasiyanın yaradılmasına ehtiyac var. Müdafiə Nazirliyi və digər qurumların hamısı işləməlidir. Ümumiyyətlə əsgəri və hərbçini motivasiya etməlidir ki, əsgər hansı işi görməlidir. Əsas məsələlərdən biri çağırış zamanı psixoloji vəziyyət qiymətləndirilməlidir. Elə çağırışçı var ki, onun ciddi problemləri var. Hökm deyil ki, həmin gənc xəstəxanada yatsın. Ailələr var ki, övladının psixoloji problemlərini üzə çıxartmır. Orduya sağlam adamlar götürülməlidir ki, intihar hallarının sayı azalsın".

Xatırladaq ki, hər iki intihar hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1074   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI - 1818 nəfər qəbul oldu

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiq

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr
.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29 sentyabr
.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan qlobal investorlar üçün yeni imkanlar açır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri və Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyinin gücləndirilməsi perspektivlərin

28 sentyabr
.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29 sentyabr
.

Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb

29 sentyabr
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind

28 sentyabr