Fuad Nəcəfli Rza Talıbovu qapıdan geri qaytarıb
Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb.
MR-dəki mənbələrdən "AzPolitika.info"-ya daxil olan məlumata görə, MR-in sabiq rəhbəri Vasif Talıbovun böyük oğlu Rza Talıbov əvvəlcədən razılaşdırmadan Ali Məclisin binasına gəlib və Prezidentin Xüsusi Nümayəndəsi Fuad Nəcəfli ilə görüş tələb edib.
Rza Talıbovun avtomobilinin Ali Məclisin həyətinə, özünün isə binaya buraxılması çaşqınlıq yaradıb. Buna görə hətta mühafizə polisinin əməkdaşlarına töhmət verildiyi deyilir.
Məlumatda bildirilir ki, Fuad Nəcəfli Rza Talıbovu qəbul etməkdən imtina edib, "Sözü var, getsin Anar İbrahimovla görüşsün", deyə onu Ali Məclis sədrinin müavini Anar İbrahimova doğru yönəldib.
Bundan sonra Rza Talıbov Anar İbrahimovun qəbulunda olub. Onun hansı məsələni müzakirə etmək üçün Ali Məclisə gəldiyi barədə məlumat verilmir.
Lakin şübhəsiz ki, Rza Talıbov məhz atasının razılığı ilə belə bir görüşə can ata bilərdi və böyük ehtimalla, məqsədi hansısa məsələnin "razborkasını" aparmaq olub.
Əks halda, general rütbəsini daşıyan Rza Talıbov əvvəlcədən görüş istəməli, müsbət cavab alarsa, Ali Məclisə gəlməli idi. Axı o, çox yaxşı bilirdi ki, əvvəlki əyyamlar deyil - vaxtilə Naxçıvanda bütün qapıları onların üzünə taybatay açan "küləklər" artıq bu yerlərdə əsməz olub...
Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların MR-i tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir. Təsadüfi deyil ki, Vasif Talıbov istefaya göndəriləndən sonra ilk dəfə xaricə buraxılıb - Novruz tətili günlərini öz əyan-əşrəfi ilə birlikdə Türkiyədə keçirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1676 Tarix: 27 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrNazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua
29 sentyabrBakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib
29 sentyabrƏli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29 sentyabrBərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
Bərdə rayonunda restoranda dava olub. -a istinqadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Qızıl balıq" restoranında baş verib. Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb
29 sentyabrBu ərazidə su olmayacaq - Xəbərdarlıq
Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında bu gün ərzind
28 sentyabr