Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə inteqrasiya etdirmək istəyir! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Sözügedən konfransda hansı məsələlər müzakirə ediləcək?
Mövzu ilə bağlı Turab Rzayev Sonxeber.az-a açıqlamasında bildirilib ki, burada Ermənistan üçün təhlükəsizlik təminatlarına dair bəzi sənədlər imzalana bilər:
"Burada bir sıra məqamlara diqqət yetirək. Gürcüstanı Avropa İttifaqına Ermənistansız qəbul etməyəcəklər. Necə ki, Gürcüstanın Avropa İttifaqına namizədlik məsələsi ortaya çıxdı, eyni məsələ Ermənistana tətbiq olunacaq. Hətta ola bilsin ki, Avropa İttifaqına və NATO-ya inteqrasiya məsələsi Ermənistandan daha çox, Gürcüstana aid edilsin. Avropa İttifaqı bölgəyə bütün olaraq baxır. Ermənistan və Gürcüstanı xristian mədəniyyətinin tərkib hissəsi kimi görür. Onları eyni vaxtda qəbul etməyi düşünür. Onları ayırmaq və ikinci plana salmaq istəmirlər. Bu bəlli idi. Mən hətta Azərbaycanın gələcək Avropa ilə bağlı qarşılıqlı münasibətlərdə, eyni zamanda Azərbaycanın öz geostrateji yol xəritəsini bu faktları nəzərdə tutub, hazırlamağı təklif etdim. Brüsseldə böyük ehtimalla qərbə inteqrasiya məsələsi müzakirə olunacaq".
Ekspertin sözlərinə görə, aydın məsələdir ki, Paşinyan özü xüsusilə qərbin liberal sol qruplarının dəstəyilə hakimiyyətə gəlmiş şəxsdir. Qarşısına qoyduğu məqsəd odur ki, Rusiyadan uzaqlaşıb Ermənistanı qərbə inteqrasiya etdirsin:
"Burada Ermənistanın bir sıra problemləri ortaya çıxır. Ermənistanın burada iqtisad və coğrafi problemləri var. Coğrafiya baxımından Türkiyə və Azərbaycanın arasındadır. Digər tərəfdən Rusiya və Ukrayna müharibə şəraitindədir. Ermənistan hərbi təşviş məsələsi var. Silahları Rusiyadan alır. Hava sahəsini və sərhədlərini Rusiya qoruyur. Təhlükəsizlik baxımından Ermənistan Rusiyaya bağlıdır. Bu məsələlər təmin edilməlidir. Ermənistan Rusiyadan uzaqlaşıb qərbə inteqrasiya edərsə, Rusiya Ukrayna üzərindəki ssenarini Ermənistan üzərində tətbiq edəcək. Vətəndaş müharibəsi, hücum yaxud işğal faktı ola bilər. O cümlədən Nikol Paşinyanın həyatına sui-qəsd belə ola bilər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Paşinyan ciddi addım atmalıdır. Paşinyan böyük ehtimalla təhlükəsizlik qarantiyası istəyir. Qərb yəqinki hətta aprelin 5-də bununla bağlı toplanır. Nəticə etibarilə, təyin edilən görüş əsasən sadalanan istiqamətlərdə üzrə baş tutacaq".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Oktyabrda hava necə olacaq?
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu
İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır