Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA
Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyib ki, ölkə daxilində və xaricdə yaradılacaq "hökumət"i Ermənistan heç bir halda tanımayacaq. Bəs sözügedən separatçılar Qarbağda hər hansı bir təxribat törədə bilərlər?
Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Sonxeber.az-a açıqlamasında deyib ki, Qarabağdan gedən separatçılar Ermənistanda və xaricdə "Qarabağ hökuməti"nin yaradılmasına cəhd edirlər:
"Onlar çalışırlar ki, bunu Ermənistanda tanış olsun. Amma burada Ermənistan və Azərbaycanın separatçı rejim ilə bağlı yanaşmaları üst-üstə düşür. Belə ki, Ermənistan hökuməti heç bir halda nə ölkəsinin daxilində ya da xaricdə hər hansı bir separatçı qurum yaradılacaqsa Ermənistan bunu tanımır. Əslində Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasına əsas əngəllərdən biri də bu ola bilər. Azərbaycanın tələbləri var ki, Ermənistan həm himndə, konstitusiyada, həm də müstəqillik altında Azərbaycana qarşı düşmənçilik elementləri əks etdirən elementləri oradan çıxarmalıdır. Buna görə də separatçı rejimə dair qurumun yaradılması bu kontekstdə qiymətləndirilir".
Ekspertin sözlərinə görə, Ermənistan yaxşı bilir ki, "qurum" sülh sazişinə zərbə vuracaq:
"Ermənistan bunu bildiyi üçün, heç bir halda ölkəsində və xaricdə separatçı rejimi qəbul etmir. Tam da doğru yanaşmadır. Azərbaycanın yanaşması budur ki, artıq sözügedən məsələ bitib. Əgər gələcəkdə hansısa erməni vətəndaşı istəsə Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşaya bilər. Bu baxımdan Azərbaycanda tərəfi separatçı rejimi sahədə bitirib. Bu baxımdan separatçı rejimin rəhbərləri hüquq-mühafizə orqanlarının nəzarətindədir və sorğulanır. Qarabağda separatçı rejim tamamilə çökdürüldü. Təbii ki, Ermənistanda ölkəsində separatçılar ilə bağlı qəti addımlar atmalıdır".
Xatırladaq ki, Paşinyan bir sıra məsələlərədə aydınlıq gətirib. O, bildirib ki, mesaj hər kəsə aydın olmalıdır. Lazım gələrsə, müvafiq addımlar və tədbirlər görülməlidir ki, digər məsələlərlə yanaşı, xarici qüvvələr Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün müəyyən dairələrdən istifadə etməsinlər.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Oktyabrda hava necə olacaq?
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Bakı sakininin maşını Şuşada minaya düşdü
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu
İldə 300 gün ildırım çaxır - qeyri-adi hadisə harada yaşanır