Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏPayızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib.
Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinin fəaliyyətinə birbaşa məsul olan qurum cavablandırıb.

- Payız yağışları yaxınlaşır. Bakının hazırkı kollektor sistemi bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları payız və qış mövsümünə hazırlıq çərçivəsində kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi, eləcə də kanalizasiya nasos stansiyalarının və mexaniki avadanlıqların texniki vəziyyətinin yoxlanılması istiqamətində işləri davam etdirir. Bu tədbirlərin məqsədi mövcud sistemin ötürücülük qabiliyyətini maksimum səviyyədə saxlamaq və intensiv yağışlar zamanı yaranan yüklənmənin təsirini azaltmaqdır.
Son illərdə yağıntıların xarakterində dəyişiklik müşahidə olunur: bəzi hallarda qısa zaman ərzində yüksək intensivlikli leysanlar baş verir. Belə yağıntılar xüsusilə köhnəlmiş və yüksək yüklə işləyən infrastruktur üçün əlavə risk yaradır.
Bakıda kanalizasiya sistemlərinin bir hissəsinin köhnəlməsi, eləcə də şəhərin uzun illər ərzində sürətli və bəzi ərazilərdə plansız urbanizasiyası mövcud şəbəkələrə əlavə yük yaradıb. Normal şəraitdə işləyən bəzi xətlər qısa müddətdə çox böyük həcmdə yağış suyu daxil olduqda tam ötürücülük qabiliyyətini təmin edə bilmir.
Bu səbəbdən Bakı şəhəri və Abşeron yarımadasında içməli su, tullantı su və yağış sularının idarə olunmasının təkmilləşdirilməsi 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Proqram mərhələli şəkildə icra olunacaq və yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun yaradılması hesabına intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması nəzərdə tutulur.

- Yanvar ayında Prezidentin sədrliyi ilə keçirilən müşavirədə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması tapşırılmışdı. Bu işlərin hansı hissəsi artıq başa çatıb, payıza qədər daha nə görüləcək?

- Dövlət Proqramı çərçivəsində 12 yeni kollektorun tikilməsi və 3 mövcud kollektorun bərpası nəzərdə tutulur. Hazırda 7 kollektor və bir sıra əlaqəli infrastruktur layihələri üzrə işlər başlanıb, digər layihələr üzrə isə layihələndirmə və hazırlıq mərhələsi davam edir.
Bakı şəhəri və Abşeron yarımadasında Pirşağı hövzəsi, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan istiqaməti, Lökbatan, Müşfiqabad, Sahil, Böyükşor və Zığ-Hövsan istiqamətləri üzrə kollektor və tullantı sularının idarə olunması infrastrukturu ilə bağlı işlər mərhələli şəkildə həyata keçirilir.
Bakının 30 küçəsində nəzərdə tutulan yağış və tullantı su şəbəkələrinin qurulması da Dövlət Proqramının tərkib hissəsidir. Bu işlər vahid layihə deyil, müxtəlif ərazilər və infrastruktur elementləri üzrə mərhələli şəkildə həyata keçirilir. Ona görə də nəticələr ayrı-ayrı küçə və ərazilərdə işlərin tamamlanma qrafikinə uyğun olaraq hiss olunacaq.
Məqsəd yalnız yeni kollektorların tikilməsi deyil, həmin kollektorları qidalandıracaq geniş şəbəkənin də yaradılmasıdır. Bu şəbəkə genişləndikcə tullantı və yağış sularının daha sistemli idarə olunması və subasma riskinin mərhələli şəkildə azaldılması mümkün olacaq.

- Bakıda kanalizasiya təminatı hazırda təxminən 50%-dir. Bu rəqəm bu ilin sonuna qədər real olaraq nə qədər artacaq?

- Hazırda Bakıda əhalinin təxminən 50 faizi mərkəzləşdirilmiş kanalizasiya xidməti ilə təmin olunur. 95 faizlik hədəf bir il üçün nəzərdə tutulmuş göstərici deyil. 2026-2035-ci illər üzrə Dövlət Proqramına əsasən, bu hədəfə yeni kollektorların, kanalizasiya şəbəkələrinin və tullantı sutəmizləyici qurğuların tikilməsi, eləcə də mövcud infrastrukturun yenilənməsi hesabına mərhələli şəkildə çatılması nəzərdə tutulur.
2026-cı il proqramın ilk mərhələsidir və əsas diqqət layihələndirmə, tikinti və yenidənqurma işlərinin başlanmasına və intensivləşdirilməsinə yönəlib. Buna görə ilin sonuna qədər müəyyən irəliləyiş gözlənilsə də, əsas artım yeni infrastrukturun mərhələli şəkildə istifadəyə verilməsi ilə sonrakı illərdə baş verəcək.

- Son dövrlərdə yağan leysanlar nəticəsində su altında qalan konkret ərazilər üçün bu payız ayrıca təcili tədbir planı varmı?

- İntensiv yağışlar zamanı riskli hesab olunan ərazilər üzrə əməliyyat tədbirləri əvvəlcədən planlaşdırılır. Yağış və tullantı su kollektorlarının, kanalizasiya nasos stansiyalarının və əlaqəli xətlərin iş rejimi mövcud vəziyyətə uyğun tənzimlənir, zəruri hallarda axınların alternativ istiqamətlər üzrə ötürülməsi üçün texniki imkanlardan istifadə olunur.
Xırdalan, Binəqədi, Biləcəri, Qaradağ, eləcə də Xətai, Nizami, Nərimanov və Sabunçu rayonlarının ayrı-ayrı ərazilərində yağış sularının idarə olunması üçün mövcud kollektor və nasos sistemləri gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır.
İntensiv yağış proqnozlarından əvvəl dislokasiya nöqtələri müəyyən edilir, xüsusi təyinatlı nasos və texnikanın riskli ünvanlara yaxın yerləşdirilməsi təşkil olunur. Məqsəd su yığıntısı baş verdikdə müdaxilə imkanlarını sürətləndirmək və mövcud infrastrukturun imkanlarından maksimum istifadə etməkdir.

- Yağış və məişət suları hazırda eyni kollektora yönəlir. Bu iki sistemin ayrılması Bakı üçün nə vaxt planlaşdırılır?

- Bakıda yağış və məişət tullantı sularının idarə olunması sistemlərinin ayrılması mərhələli şəkildə həyata keçiriləcək. 2026-2035-ci illər üçün təsdiqlənmiş Dövlət Proqramında yağış sularının ayrıca idarə olunması üçün yeni kollektorların və şəbəkələrin yaradılması, mövcud infrastrukturun isə yenilənməsi nəzərdə tutulur.
İlk mərhələdə - 2026-2030-cu illərdə - əsas tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində 12 yeni kollektorun tikilməsi, 3 kollektorun bərpası və 30 küçədə yeni yağış və tullantı su şəbəkələrinin inşası nəzərdə tutulur. Sistemlərin ayrılması bütün şəhər üzrə eyni vaxtda deyil, yeni infrastruktur istifadəyə verildikcə mərhələli şəkildə baş verəcək.

- Leysan zamanı ADSEA-nın əməliyyat qrupları hansı prinsiplə işləyir? Vətəndaş çağırış etdikdə orta müdaxilə vaxtı nə qədərdir?

- Leysan və intensiv yağışlar zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumlarının əməliyyat qrupları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yağış və kanalizasiya xətləri, kollektorlar, baxış quyuları və yağış barmaqlıqları operativ nəzarətdə saxlanılır. Su yığıntısı yaranan ərazilərə vəziyyətə uyğun olaraq qəza briqadaları və xüsusi texnika cəlb edilir, tutulmuş xətlərin açılması və suyun çəkilməsi üzrə tədbirlər görülür.
Vətəndaş müraciətləri 24 saat fəaliyyət göstərən 955 Çağrı Mərkəzi vasitəsilə qəbul edilir və aidiyyəti əməliyyat qruplarına yönləndirilir. Müdaxilə üçün vahid orta vaxt göstərmək düzgün olmazdı, çünki bu müddət hadisənin miqyasından, ərazidəki vəziyyətdən, eyni vaxtda daxil olan müraciətlərin sayından və texnikanın əlçatanlığından asılı olaraq dəyişir. Prioritet təhlükə və risk səviyyəsi daha yüksək olan ərazilərə verilir.

- Bu il yayda baş verən Oğuz-Qəbələ-Bakı kəməri qəzasından sonra əsas magistral xəttin payıza qədər tam bərpası təmin olunubmu?

- Hazırda beynəlxalq maliyyə institutlarının iştirakı ilə mütəxəssislər cəlb edilərək müvafiq qiymətləndirmə işləri aparılır. Gələn il ərzində isə müvafiq tender prosedurlarının həyata keçirilməsi nəzərdə tutulur.
Magistral su xətlərinin bərpası yalnız Oğuz-Qəbələ-Bakı kəmərini deyil, həmçinin Bakı şəhərinin içməli su ilə təmin edilməsində iştirak edən bütün mənbə qurğularını əhatə edəcək. Bu bərpa işləri nəticəsində Bakı şəhərinə daxil olan suyun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də su təchizatı sisteminin məhsuldarlığının artırılması təmin olunacaq.

- Bakı sakinləri leysan zamanı öz evlərinin su altında qalmasının qarşısını almaq üçün ADSEA-ya necə müraciət edə bilər və bu müraciətlərə real vaxtda cavab veriləcəkmi?

- Bakı sakinləri leysan zamanı ev və həyətlərdə su yığılması, yağış sularının çəkilməməsi və kanalizasiya infrastrukturu ilə bağlı problemlər barədə 24 saat fəaliyyət göstərən 955 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Müraciət zamanı dəqiq ünvanın, problemin xarakterinin və mümkündürsə suyun hansı istiqamətdən gəldiyinin bildirilməsi operativ qiymətləndirməyə kömək edir. Daxil olan məlumatlar aidiyyəti üzrə rayon sukanal strukturlarına və əməliyyat qruplarına yönləndirilir, zəruri hallarda əraziyə briqada və xüsusi texnika cəlb olunur.
İntensiv yağış zamanı eyni vaxtda çoxsaylı müraciətlər daxil ola bildiyindən müdaxilə müddəti vəziyyətin miqyasına və risk səviyyəsinə görə dəyişə bilər. Müraciətlər təhlükə dərəcəsi və texniki imkanlar nəzərə alınmaqla operativ şəkildə prioritetləşdirilir.

- Duzsuzlaşdırma və digər yeni layihələr içməli suya yönəlib, bəs yağış suyunun idarə olunması üçün ayrıca hansı büdcə və müddət nəzərdə tutulub?

- Dəniz suyunun duzsuzlaşdırılması layihəsi içməli su təminatının artırılmasına yönəlmiş ayrıca bir layihədir. Bakı və Abşeron yarımadasında yağış sularının idarə olunması isə 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramında ayrıca infrastruktur istiqaməti kimi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində 2026-2030-cu illərdə əsas magistral xətlərin və kollektorların tikintisinin həyata keçirilməsi, 2031-2035-ci illərdə, yəni Proqramın ikinci mərhələsində isə paylayıcı və toparlayıcı şəbəkələrin inşasının təmin edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin içməli su və tullantı su xidmətlərinə çıxış imkanlarının 95 faizə qədər artırılması planlaşdırılır.

- Son illərdə Bakıda hər yağışdan sonra təkrarlanan bu mənzərənin kökündən dəyişməsi üçün real olaraq neçə ilə ehtiyac var sizcə?

- Qeyd etdiyimiz kimi, 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində tullantı su və yağış suyu infrastrukturlarının mərhələli şəkildə yenidən qurulması və bir-birindən ayrılması nəzərdə tutulur. Proqram çərçivəsində həyata keçirilən layihələrin ilk nəticələrinin yaxın 2 il ərzində ayrı-ayrı ərazilərdə tədricən hiss olunması gözlənilir. Sonrakı mərhələlərdə yeni kollektorların, şəbəkələrin və digər infrastrukturun istifadəyə verilməsi ilə subasma riskinin daha da azaldılması nəzərdə tutulur. 2035-ci ilədək isə şəhərin yağış və tullantı su infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və intensiv yağıntılar zamanı yaranan risklərin əhəmiyyətli dərəcədə azaldılması əsas hədəflərdən biridir.

Söhbətləşdi: Deniz Məmmədli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 389   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr