Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMARepetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarının artırılmasıdır. Bəs görəsən, müəllimlərin maaşının artırılması repetitorluğun qarşısını ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri bildirib ki, müəllimlərin maaşı artırılması ilə repetitorluğun aradan qaldırılması fikri birmənalı olmayacaq. Şəxsən tanıdığım və hörmət etdiyim bir çox müəllimlər var ki, onlar repetitorluqdan yorulublar:
Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA"Repetitorluq əlavə qazanc mənbəyidir və özünü təsdiq edən repetitorların qazancı heç də az deyil. Burada kiminsə qazancını saymırıq. Məsələ odur ki, hətta bu cür repetitorların bir qismi belə artıq bundan yorulublar. Çünki proses və iş baxımından çox çətindir. Müəllim var ki hələ də bundan zövq alır. Yəni uşaqların nəticələrini gördükce daha da motivasiyaya sahib olur və özünü bunun uğur göstəricisi hesab edir. Amma ən son halda bu zehni və psixoloji işdir. Repetitorların bir çoxu bu cəhətdən yorğundur. Çünki az sayda şəxslər var ki, onlar yalnız repetitorluqla məşğuldurlar. Mənim tanıdığım müəllimlər var ki, onlar nə dövlət ya da özəl məktəblərdə işləmirlər. Yəni rəsmi iş yerləri yoxdur. Yalnız yeganə fəaliyyətləri repetitorluqdur. Bunları başa düşmək olar. Çünki bütün diqqətlərini bu isə cəmləyirlər. Özlərini müəyyən yorğunluqdan qoruya bilirlər. Amma əksəriyyətinin repetitorluq ikinci məşğuliyyətidir. Bu 99 faiz müəllimlər üçün belədir. Bəziləri universitetdə, böyük əksəriyyəti məktəblərdə, lisey-gimnaziyalarda işləyən şəxslər var ki, onlar üçün bu sahə əlavə qazanc mənbəyidir. Məktəbdən çıxıb müəyyən məkanda yaxud evlərində repetitorluq ilə məşğul olmaq yüklənmədir".

Elmin Nuri deyib ki, əksər müəllimlər repetitorluğu məcbur edir ki, maddi təminatını ödəyə bilsin. Repetitorların bu cür yüklənməsi həm də müəllimi məktəbin əlindən alır. Repetitor axı həm də dövlət məktəblinin müəllimidir. Bu insan dövlət məktəbindən aylıq maaş alır:

"Onun göstəriciləri yüksək olmalıdır. Amma insanın fiziologiyası hamıya bəllidir. Yükləndikcə öz enerjisi və gücünü itirir. Bizim müəllimlər yüksək maaş müqabilində təbii ki, repetitorluq fəaliyyətindən əl çəkə bilərlər. Amma digərləri də var ki, onların maaşını lap on min edin. Onlar bundan əl çəkməyəcəklər. Çünki prosesin xüsusi maraqları, həm də əlavə pul hərsliyi onları bu işdən çəkindirməyəcək. Yəni bu mövzunun cavabı birmənalı deyil. Repetitorluğun aradan qaldırılmasında maaşın artırılması çıxış yollarından biridir. Amma tam həlli də deyil. Gələcəkdə müəllimlərimiz yüksək maaş alsalar belə repetitorluq hegemonluğu hiss olunacaq. Bu gün orta ümumi təhsil müəssisələrində müəllimlərin əməkhaqları 10 il əvvələ nisbətdə xeyli artıb. Bu günləri hər 4 müəllimdən biri min manatdan yuxarı maaş alır. Əvvəllər necə idi? Keçmişdə min manata maaş alan müəllim bəlkə də heç yox idi. Repetitorluğun sayında isə heç bir azalma olmayıb. Elə bu düstur onu deməyə əsas verir ki, maaş artımı repetitorluğun qarşısını almağa o qədər təsir etməyəcək. Bu işdən yorulmuş, bəlli bir yaşı keçmiş şəxslər bundan əl çəkə bilərlər. Amma gənc müəllimlər var ki, bundan əl çəkə bilməyəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1296   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Çinar An" MTK-nın işi binanı işıqsız qoydu - sakinlər kömək istəyir - ŞİKAYƏT

Paytaxtda yerləşən "Çinar An" MTK-ya məxsus yaşayış binası ətrafında narahatlıq doğuran vəziyyət yaranıb. Sakinlərin iddiasına görə, obyekt açmaq məqsədilə aparılan işlər gözlənilməz problemlərə səbəb olub. Bu barədə xəbər verir. Görüntülərdən də aydın olur ki, bina ətrafında torpaq qazıntıs

7 aprel
.

Çobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video

İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb

8 aprel
.

Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlının nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törətməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən verilən birgə məlumatd

7 aprel
.

Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO

Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni

8 aprel
.

Noku Maldives - ada istirahətinə yeni baxış

"Noku Maldives", "Vignette Collection" fərdi yanaşma və yaddaqalan səyahət təcrübələri yaratmaq məqsədi ilə birləşən unikal otellərdən ibarət sürətlə böyüyən portfelin bir hissəsidir. Nunu atolunun kristal kimi təmiz sularının ortasında yerləşən Noku Maldives özəl çimərlik və suüst

7 aprel
.

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki

8 aprel
.

Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

7 aprel
.

Bəzi ərazilərə LEYSAN, QAR yağacaq

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa

8 aprel
.

Xəzərdə yenidən zəlzələ oldu

Xəzər dənizində yenidən zəlzələ baş verib. xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb. Yeraltı təkan 51 km dərinlikdə olub

8 aprel