Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.
Qərara əsasən, taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə "Taksi" sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi "taksi" fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Tələblərə əsasən, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır.
Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 767 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video
İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb
8 aprelSədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu - FOTO
Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müşavir təyin olunub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmrə əsasən, Tariyel Mirzəyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, T.Mirzəyev bu təyinatdan əvvəl "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ni
8 aprelNoku Maldives - ada istirahətinə yeni baxış
"Noku Maldives", "Vignette Collection" fərdi yanaşma və yaddaqalan səyahət təcrübələri yaratmaq məqsədi ilə birləşən unikal otellərdən ibarət sürətlə böyüyən portfelin bir hissəsidir. Nunu atolunun kristal kimi təmiz sularının ortasında yerləşən Noku Maldives özəl çimərlik və suüst
7 aprelVətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki
8 aprelBakıda 17, rayonlarda 23 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı
7 aprelBəzi ərazilərə LEYSAN, QAR yağacaq
Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa
8 aprelXəzərdə yenidən zəlzələ oldu
Xəzər dənizində yenidən zəlzələ baş verib. xəbər verir ki, bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb. Yeraltı təkan 51 km dərinlikdə olub
8 aprel