Hacıbaba Hüseynovun nəvəsi: "Cürətləri yox idi, babamın üzünə söz desinlər"
"Asəf Zeynallı adına musiqi məktəbinin xanəndəlik sinfini bitirmişəm. Ondan əvvəl Tofiq Quliyev adına musiqi məktəbində təhsil almışam. O vaxt Muğam müsabiqəsinə sənədlərimi vermək istəyirdim. Dedilər ki, yaxşı olar ki, müsabiqəyə getmə. Səbəbini soruşanda isə sadəcə dedilər ki, sənədlərini verməsən yaxşı olar. Xəbərim yox idi orada nələr baş verir?! Dedilər ki, bilsələr ki, sən Hacıbaba Hüseynovun nəvəsisən, müsabiqədə qalmağına imkan verməyəcəklər. Sözün düzü həvəsdən düşdüm. Hansı ki, həvəslə hazırlaşırdım. Bir çox sənətkarlar babamın üzünə gülürdülər, ürək edib üzünə söz deyə bilmirdilər. Mənim babam sənətdə kişi kimi ad qoyub getdi. "O səs Türkiyə" musiqi yarışmasına sənəd vermişdim. Toyuma 5 gün qalmış cavab gəldi ki, iştirak etmək üçün Türkiyəyə gəlin. Ya gərək toyu təxirə salardım, ya da müsabiqəni. Müsabiqəni təxirə saldım"
Bunu Moderator.az-a böyük sənətkar, xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.
"Sonradan həyat yoldaşım sənətdə olmağımı istəmədi. Mən də sənətimə son qoydum. İndi icazə versə belə istəmərəm ki, sənətə qayıdım. Həqiqətən də o qədər biyabırçılıqdır ki. Utancvericidir! Bu günki müğənnilərin yerinə çox utanıram! Müğənni var ki?! Kimə müğənni deyəsən?! Mən cavanları nəzərdə tuturam. İndiki müğənnilərlə adımın hallanmağını, eyni səhnəni paylaşmağımızı istəməzdim. Bu sənət gözəl sənətdir. Amma nə qədər yaxşı olursan ol, yaxşı olsan belə pislərlə eyni tərəziyə qoyulacaqsan. Mən bunun şahidi oldum. Kaş həkimlik yaxud da başqa sənətdə olardım. İstəsən belə heç kimi inandıra bilməzsən ki, mən öz gücümə qabağa gedirəm. Sənətin bu qədər ucuzlaşacağını bilsəydim, sənətə, istedada deyil də başqa şeylərə önəm veriləcəyi bir zaman gəlib çıxacağımızı bilsəydim qətiyyən sənətə addım atmazdım. Sadəcə olaraq anam çox istəyirdi ki, babamın sənəti yaşadılsın, davam etdirilsin" deyə sənətkarın nəvəsi deyib.
Fatimə Hüseyn babası Hacıbaba Hüseynovun bu gün layiqincə dəyərin verilməməsindən narahatdır.
"Bəzən yada salırlar, mahnıları efirdə ifa olunur. İndi o qədər oxuyan, müğənni var ki, heç köhnə xanəndələr, korifeylər yada düşmür. Heç kimə maraqlı deyil. Çünki aparıcılara, jurnalistlərə reytinq lazımdır. Biz heç kimi qınamırıq. Tələbat indi cavan müğənnilərədir" deyə o bildirib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakı sakininin maşını Şuşada minaya düşdü
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu