Yeniyetmə və gənclər arasında narkomaniya niyə geniş vüsət alıb? - AÇIQLAMA

Yeniyetmə və gənclər arasında narkomaniya niyə geniş vüsət alıb? - AÇIQLAMAXəbər verdiyimiz kimi, martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Belə ki, 13 yaşlı yeniyetmə narkotikin yüksəkdozalı istifadəsindən ölüb. Bəs yeniyetmə və gənclər arasında narkomaniyanın inkişaf tendensiyasının səbəbləri hansılardır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov açıqlamasında bildirib ki, Narkomaniya asılılıq psixologiyasının ən geniş yayılmış növlərindən biridir. Yetkinlik və gənclik dövründə şəxslər maddi asılılığa böyük maraq göstərirlər. Buna əsas səbəb isə yaşadıqları mühitdir:

"Hansı ki, o mühitdə həmin yaş dövründə şəxslər özlərini təsdiq və ifadə etmək istəyirlər. Özlərini başqaları ilə birlikdə olduqlarını göstərməyə çalışırlar. Yəni asılılıq istəkdən yaranır. Asılılığın ilkin mərhələsi istəkdir və o istəyi tətikləyən səbəblər var. O səbəblər ailədə münaqişə, natamam ailə, ailədə daimi uşağa təzyiq ola bilər. Bu uşağın ictimai həyatında hər hansı bir aludəçiliyin qurbanına çevirə bilər. Əsas həssas qrup kimi sayılan ailələrin uşaqları daha çox narkomaniyanın qurbanına çevrilir. Buna səbəb şəxsin psixi halının qeyri-nizamsız olmasıdır. Yəni şəxs ictimai həyatında özünü ifadə edə bilmir. Hər hansı bir kompleksini bununla ört-basdır etmək istəyir. İlkin mərhələdə bu zövq ola bilər. Şəxs bundan böyük bir zövq aldığını ifadə edə bilər və müəyyən vaxtda sonra maddə şəxsin orqanizmində tolerantlaşandan sonra asılılığa çevrilir. Bu zaman şəxs artıq çıxılmaz bir situasiyaya düşür".

Psixoloqun sözlərinə görə, artıq həmin şəxslərdə maddəsiz yaşamağın qeyri-mümkün olduğu düşüncəsi yaranır. Bu düşüncəni dəyişmək üçün mütləq psixi sağlamlıq üzrə mütəxəssisin müdaxiləsinə ehtiyac var:

"O zaman biz şəxsi düşdüyü bataqlıqdan xilas edə bilərik. Biz əgər yeniyetmə və gənclərin narkotikə qurşandığını görüb və ona göz yumuruqsa bizdə həmin prosesə dəstək vermiş oluruq. Yeniyetmə və gənclər arasında şəxslər öz dostlarını narkotik istifadə edərkən onunla bağlı hər hansısa bir addım atmırlar. Eyni zamanda necə addım atacaqlarını bilmirlər. Bizim cəmiyyətdə formalaşmış düşüncə stereotipi var ki, əgər şəxsin dostu narkotik istifadə edirsə, onu satmamaq məcburiyyətindədir. İstər hüquqi, istərsə də psixoloji baxımından dəstək göstərilməlidir və baş verə biləcək hadisələrin qarşısı alınmalıdır. Biz bunun qarşısını almaq üçün psixoloji maarifləndirmə apardığımız zaman bu məqamları əsas meyar tutmalıyıq: "Dostunu sağlam tutmaq üçün onu satmaqdan utanma!" deməliyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT

Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda

29 sentyabr
.

44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal

28 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI

Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər

28 sentyabr
.

Başqası üçün rəsmiləşdirilən kredit borcunun məsuliyyətini kim daşıyır? - AÇIQLAMA

Son dövrlər bir şəxsin adına rəsmiləşdirilən kredit vəsaitindən başqa bir şəxsin istifadə etməsi ilə bağlı müxtəlif hallar gündəmə gəlir. Belə vəziyyətlərdə kredit müqaviləsinin kiminlə bağlanması, pul vəsaitindən faktiki olaraq kimin istifadə etməsi və tərəflər arasında hər hansı hüquqi razılaşmanı

28 sentyabr
.

Murad Adıgözəlzadə baba oldu

Xalq artisti Murad Adıgözəlzadə baba olub. Axşam.az xəbər verir ki, musiqiçinin qızı Məryəmin övladı dünyaya gəlib. Maksim adlı İsrail vətəndaşı ilə ailəli olan Məryəmin qızı doğulub. Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk evliliyindən olan qızıdır. Onun ikinci evliliyi müğənni Aysel Teymurzadə il

28 sentyabr
.

"Açığı, gəzə bilmirəm..." - Abid Şərifov

"Artıq bir müddətdir ki, sağlamlığımda problem yaranıb". "Qafqazinfo" xəbər verir ki, bunu -a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O bildirib ki, hazırda evdə dincəlir və səhhətində yaranan problemlə əlaqədar çölə çıxa bilmir:. "Hazırda evdəyəm, heç yer

29 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr