Təxribatlar davam edərsə Azərbaycan-Ermənistan müharibəsi yenidən başlayacaq? - AÇIQLAMA

Təxribatlar davam edərsə Azərbaycan-Ermənistan müharibəsi yenidən başlayacaq? - AÇIQLAMAErmənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub.Bu barədə müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan hələ də normal qonşuluq münasibətləri çərçivəsinə sığa bilmir:

"Hələ də Ermənistanın beynində SSRİ-nin tərkibində ona verilən ədalətsiz dəstək fikirləri var. Ermənistana elə gəlir ki, hər hansı bir sehirli çubuq onun Azərbaycan torpaqlarına qarşı iddiasını həyata keçirəcək. Aprelin 1-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutması və sərhədə çoxlu sayda qoşun yığması bu dövlətin yenidən təxribatlar törədəcəyindən xəbər verir. Ancaq Ermənistan aprel döyüşlərindəki, 44 günlük Vətən müharibəsindəki və 1 günlük antiterror əməliyyatındaki biabırçı məğlubiyyətini unutmamalıdır. Əgər Ermənistan bu biabırçı məğlubiyyətlərini unudarsa Azərbaycan yenidən ona xatırlada bilər. Azərbaycanı heç kim suveren hüquqlarından çəkindirə bilməz. Ermənistan birdəfəlik anlamalıdır ki, Azərbaycanla münasibətlərdə yeganə alternativ yol mehriban qonşuluq münasibətlərində olmaq, sülh müqaviləsini imzalamaq və təxribatçı addımlardan çəkinməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 888   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib

29 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video

Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli

29 sentyabr
.

Sabah Bakıya yağış, yüksək dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləy

28 sentyabr
.

Lamiyyə Ələkbərova bu kanalda efirə çıxacaq

Aparıcı Lamiyyə Ələkbərova yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq. Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə "Instagram" hesabında paylaşım edib. O bildirib ki, bu televiziya mövsümündə TMB kanalında efirə çıxacaq. L.Ələkbərova "Ulduzla danış" verilişinin aparıcısı olacaq

28 sentyabr
.

Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Belə bir məhdudiyyətin tətbiqi şəxsi avtomobillərdən istifadənin azalmasına və mərkəzi ərazilərdə nəqliyyat yükünün nisbətən aşağı düşməsinə səbə

29 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT

Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda

29 sentyabr
.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr