Üç uşağı olan ailələr dövlət tərəfindən mənzillə təmin edilə bilər? - AÇIQLAMA
Ümumi statistikaya nəzərə salsaq, Azərbaycanda boşanmaların sayı günü-gündən artır. Bunun başlıca səbəbi maddi problemlər və gənclər arasında işsizlik problemidir. Rusiyada Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti ödəyir.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə Elnur Fərzəliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son illər boşanmaların sayı günü-gündən daha çox artır. Boşanmaların sayının artmasına müxtəlif problemlər səbəb olsa da, əsas məsələlərdən biri də sosial vəziyyət və insanların ev problemidir:
"Gənclər ailə qururlar və bəlli bir zaman kirayədə qalmaq məcburiyyətində olurlar. Müəyyən zamandan sonra bu cütlüyün hər hansı biri öz işini itirdikdə, digər sosial xərclərin qarşılana bilməməsi səbəbindən bu cür boşanma halları baş verə bilir. Bununda qarşısını almaq üçün hər hansısa bir yeni qanun layihələri tətbiq olunmalıdır. Artıq müzakirələr gedir ki, çoxuşaqlı ailələrdə çoxuşaqlı sayı 3-ə endirilsin. Təbii ki, çoxuşaqlı ailələrdə uşaq sayı 3-ə endirilərsə onlara müəyyən müavinətlər, uşaqpulunun verilməsi və müəyyən güzəştlərin tətbiq olunması gələcəkdə boşanmaların sayının azalmasına gətirib çıxara bilər. Biz digər ölkələrin təcrübəsinə nəzər salsaq, Avropa ölkələrində vətəndaşların xüsusi mülkiyyətində olan əmlaklar var. O cümlədən işini itirən, maddi problemi olan ölkənin vətəndaşları bələdiyyələr tərəfindən inşa olunmuş sosial bələdiyyə evlərinə yerləşdirilir".
Ekspertin sözlərinə görə, həmin sosial bələdiyyə evlərinin kirayə pulları normal bazar kirayə qiymətindən dəfələrlə ucuzdur. Orada vətəndaş yalnız binanın saxlanması və kommunal xərclərini ödəməklə, iş tapıb maddi vəziyyətini yaxşılaşdırana qədər o evlərdə yaşaya bilir:
"Ölkəmizdə tikintilər ilə bağlı çoxsaylı dövlət layihələri aparılır. Artıq bələdiyyələr ilə bağlı müəyyən qanunvericiliklər həyata keçirilir. Gələcəkdə ərazilər və qeydiyyat üzrə sosial mənzillər inşa olunarsa, boşanmaların sayında azalmalar müşahidə oluna bilər. Sovet dövründə ailə yataqxanaları mövcud idi. Belə ki, hər hansı bir müəssisədə çalışan şəxslərin evləri olmadığı halda həmin ailə yataqxanalarında ev alan günə qədər yaşaya bilirdilər. Biz ümumən paytaxt Bakıda kirayə mənzil qiymətlərinə nəzər salsaq, artıq ən ucuz kirayə mənzilin aylıq qiyməti 350-400 manat aralığında dəyişir. Bu da ortalama minimal əməkhaqqına bərabərdir. Bu baxımdan vətəndaşlar, gənc ailələr onların yaşam xərclərinin ödənməsində problemlər yaşanır. Bu problemlərin yaranmaması üçün görüləcək tədbirlərdən biri hansısa sosial layihəli mənzillərin tikilməsi yaxud satışda olan sosial layihəli evlərin əlçatan olması boşanmaların sayının azalmasına gətirib çıxara bilər. Düşünürəm ki, ölkə vətəndaşları arasında sosial tipli mənzillər satılarkən fərq qoyulmamalıdır. Hər bir vətəndaş üçün ilkin ödənişləri az olan sosial mənzillər əlçatan olmalıdır. Bununla sağlam ailələr formalaşa bilsin ki, ölkə əhalisinin sayında artımlar qeydə alınsın".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakı sakininin maşını Şuşada minaya düşdü
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
Murad Adıgözəlzadə baba oldu