Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 506 Tarix: 26 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunFilippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyunBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyun