Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMAŞagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstərə bilər.

Bəs, şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin bir-birinə uyğun gəlməməsinin əsas səbəbləri nələrdir və bu fərq daha çox qiymətləndirmə meyarlarının, müəllim yanaşmasının, yoxsa imtahan formatının fərqli olması ilə bağlıdır?
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son bir neçə ildə məktəblərdə attestatlara yazılan qiymətlərlə Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında əldə olunan nəticələr arasında ciddi fərqlər yaranır.

"Bu məsələ həm məktəb rəhbərlikləri, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən müzakirə olunur və qurumun hesabatlarında da nəticələr arasındakı fərqə diqqət çəkilir. Məktəb rəhbərlikləri şagirdlərin davamiyyətinin qorunmasına və tədrisə cəlb olunmasına çalışırlar. Digər tərəfdən isə valideynlərin əsas məqsədi övladlarının ali təhsil almasıdır. Bu səbəbdən onlar uşaqlarını qəbul imtahanlarına hazırlamaq üçün repetitor yanına və hazırlıq qruplarına yönləndirirlər. Nəticədə şagirdlərin məktəbdəki göstəriciləri aşağı ola bilər, amma hazırlıq səviyyələri yüksək olduğundan DİM imtahanlarında daha yaxşı nəticə göstərirlər".

Ekspert bildirib ki, son vaxtlar DİM-in açıqladığı reytinq cədvəlləri də məktəb direktorlarını bu məsələyə müəyyən qədər meyilli yanaşmağa və ya göz yummağa sövq edir:

"Məktəbin ümumi nəticələri aşağı olduqda rəhbərlik icra orqanları tərəfindən tənqidə məruz qala bilər. Buna görə də belə bir anormallığın aradan qaldırılması üçün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi sadələşdirilməlidir. Bu halda pozulmuş balans da bərpa olunar və müəllimlərin şagird qiymətləndirməsi öz yerini tapar. Bu qiymətləndirmə məsələsi müəllim nüfuzuna da ciddi təsir göstərir. Şagird DİM-də yüksək nəticə göstərdikdə və həm attestat balını, həm də digər nəticələrini nailiyyət kimi təqdim edə bildikdə məktəbi ikinci dərəcəli və əhəmiyyətsiz hesab etməyə başlayır. Bu isə müəllimlərin qiymətləndirmə baxımından müəyyən çətinliklərlə üzləşməsinə və nüfuzlarının azalmasına səbəb olur. Şagirdlər müəllimləri daha az nəzərə almağa başlayırlar. Bu halın aradan qaldırılması üçün ali təhsil müəssisələrinə qəbul sistemində dəyişiklik edilməlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 96   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr