Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomatik fəaliyyətini yekunlaşdıran Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüb.
Məlumata görə, dövlət başçısı Azərbaycan səfirinin səmərəli fəaliyyətini, eləcə də dövlətlərimiz arasındakı müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsindəki fərdi xidmətlərini xüsusi qeyd edib. Ən ali və digər səviyyələrdə mütəmadi dialoq təmin olunub. Ticarət və iqtisadiyyat sektorunda mühüm irəliləyişlər qeydə alınıb: son illər ərzində əmtəə dövriyyəsinin həcmi xeyli yüksəlib, Azərbaycan sərmayəli 280 şirkət fəaliyyətə başlayıb, eləcə də Birgə İnvestisiya Şirkəti yaradılıb. Görüşün sonunda Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsindəki xidmətləri nəzərə alınaraq, Özbəkistan Prezidenti tərəfindən Hüseyn Quliyevə "Mehnat şuxrati" ordeni təqdim edilib.
Öz növbəsində səfir, diplomatik missiyasına verilən yüksək dəyərə, o cümlədən Azərbaycan və Özbəkistanın hərtərəfli əməkdaşlığının genişlənməsinə göstərilən tam dəstəyə görə ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 250 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunAğstafada ev yandı, mənzil sahibinin meyiti aşkarlandı
Ağstafa rayonunda evdə yanğın baş verib. -ın məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü E.Əliyevin yaşadığı evdə yanğın baş verib. Yanğın söndürüləndən sonra 51 yaşlı ev sahibinin meyiti otaqlardan birində aşkarlanıb. Hazırda hadisə yerin
16 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyun